Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlhamə Quliyevanın il mərasimi ilə bağlı yaxınları arasında fikir ayrılığı

05.03.2020 11:02

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva ilə oğulluğu Orxan Nadirov arasında gərginlik yaşanır.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, buna səbəb il mərasimini Orxan Nadirovun fevralın 24-də “Heydər” məscidində, Gülbahar Quliyevanın isə fevralın 25-də “Təzə Pir” məscidində keçirməsilə bağlı fikir ayrılığıdır.

Orxan Nadirov açıqlamasında mərhumun il mərasimini fevralın 24-də keçirməsi səbəbini açıqlayıb: “Bu günə qədər yas mərasimlərini mən vermişəm. Bu, övladlıq borcumdur. Öz borcumu yerinə yetirirəm.

Dünya malı dünyada qalır, heç kim heç nə aparmır. Mən il mərasimini fevralın 24-də “Heydər” məscidində edəcəm. Bu tarix beşinci günə düşdüyünə görə belə qərara gəldik”.

Orxan Nadirov Gülbahar xanımla münasibətindən də danışıb: “Düşmənçilik etməmişəm, etmək fikrim də yoxdur. İnsan bu dünyadan köçəndə rəhmət aparmalıdır. İl mərasimi verməkdə məqsədim valideynim qarşısında borcumu yerinı yetirməkdir. Məni o insan böyüdüb, təhsil verib, toyumu edib, çətin və xoş günlərimdə yanımda olub. Bizim valideyn-övlad münasibətindən başqa, dostluq münasibətimiz də vardı. Ona yas mərasimi vermək borcumdur”.

Xalq artisti İlhamə Quliyeva ötən il fevralın 25-də 72 yaşında vəfat edib.