Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı – SƏBƏBİ?

05.03.2020 11:02

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.

Об этом сообщает Руспрес

Saytımızın “Ölkə.Az”a istinadən məlumatına görə, Nadirov sayta açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:

“Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm”, – deyə O.Nadirov bildirib.

Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra  həyat yoldaşı Arifə Nadirova bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.