Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlin sonuna kimi 500 hərbçiyə ev veriləcək – VİDEO

05.03.2020 11:02

İlin sonuna kimi 500 nəfərdən artıq hərbi qulluqçuya mənzil veriləcək.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu ANS TV-yə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” yaradılmış Komissiyanın rəhbəri, maliyyə naziri Samir Şərofov deyib.

Nazir bildirib ki, Komissiya son iki il ərzində xeyli iş görüb, əsas iş ondan ibarət idi ki, 20 il Azərbaycan Hərbi Qüvvələrində qüsursuz xidmət göstərən şəxslərin mülkiyyətinə dövlət tərəfindən pulsuz mənzil verilir: “Komissiyanın ilk işi müvafiq meyarlara cavab verən hərbi qulluqçuların növbə siyahısı tutmaq idi. Artıq bu siyahıya görə ev almaq üçün 1289 hərbi qulluqçu növbədə dayanıb. Bunlardan 245 nəfərə mənzillər artıq verilib. Digər 1000 nəfərdən çox hərbi qulluqulara gəldikdə isə onların ilin sonuna kimi mənzillə təmin olunması üçün 500-dən çox əlavə mənzil verilməsi nəzərdə tutulub. Əlbəttə ki, bu dövlətin maliyyə imkanlarından asılıdır, amma ilk növbədə bu, ölkə başçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin hərbi qulluqçularımıza olan diqqətinin əyani bir sübutudur və dövlətin orduya olan xüsusi qayğısının bir göstəricisidir”.

Nazir  ipoteka krediti məsləsinə də toxunub və bildirib ki, bu sahədə müvafiq qanunverici təşəbbüs hazırlanıb, Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən müvafiq təkliflər hazırlanıb, təqdim olunub: “Bu təkliflər qəbul edildikdən sonra müvafiq maliyyə vəsaitinin ayrılması mümkün olacaq. Nəzərdə tutulur ki, bunun hesabına həm güzəştli əhali kateqoriyasına aid olan ailələrə ipoteka kreditlərinin verilməsində əlavə imkanlar yaradılacaq, həm də bu kateqoriyalara aid olmayan və ipoteka almaqda maraqlı olan şəxslərə də ipoteka şərtləri bir qədər asanlaşdırılacaq”.

Saytımız mövzu ilə bağlı daha ətraflı materialı təqdim edir: