Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İlkin qiyməti 45 milyon dollar olan rəsm əsəri hərraca çıxarılacaq

05.03.2020 11:02

Martın 1-də Londonun “Sotheby’s” hərracında impressionizm və müasir incəsənət hərracı keçiriləcək. A24.Az portalı buro247.az-a istinadən xəbər verir ki, satışa Rene Maqritt, Salvador Dali, Pablo Pikasso, Qustav Klimt və digər məşhur rəssamların işləri çıxarılacaq.

Об этом сообщает Руспрес

Adətən, satışdan öncə lotların ictimai nümayişi olur. Potensial alıcılar və nadir incəsənətə dəyər verənlərə əsərlər fevralın 23-dən hərracın sonuna qədər nümayiş olunacaq. Hərracın ən bahalı lotu Salvador Dalinin “Keçid anı” əsəri sayılır. Əsər 1934-cü ildə işlənib.

Lotların arasında Rene Maqrittin “Səyahət suveniri”, Pol Delvonun “Suda qızlar” əsəri, Andre Massonun “Avtomatlar oteli” və Jan Arpanın “Bığ-kişi” əsəri də var. Bundan başqa, hərracda avstriyalı rəssam Qustav Klimptin nadir işi satılacaq. Rəsm əsərinin ilkin qiyməti 45 milyon dollardır. Əsər ilk dəfə olaraq 1908-ci ildə Vyanada təqdim olunub. O zamanlar ictimaiyyət əsəri növbəti sensasiya kimi qəbul etmişdi.