İmişlidə qadın özünü şərflə asaraq intihar etdi
05.03.2020 11:02İmişlidə psixoloji problemləri olan qadın özünü şərflə asaraq intihar edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız “report”a istinadən xəbər verir ki, hadisə rayonun Həsənov küçəsində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı yaşadığı evin həyətindəki qeyri-yaşayış sahəsində özünü şərflə asaraq intihar edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, S.Şahbazovanın uzun müddətdir ki, psixoloji problemləri varmış.

