Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İmtahan sessiaları zamanı tələbə ölümləri təsadüfdürmü? – ARAŞDIRMA

05.03.2020 11:02

Son bir neçə ayda tələbə ölümlərinin sayında artım baş verib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, elə son bir həftədə iki tələbə dünyasını dəyişib. Onlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mexanika fakultəsinin III kursunun, 424.4 qrupun tələbəsi Rüstəm Qurbanovdur. Rüstəm ürəktutmasından dünyasını dəyişib.

Digəri isə Gəncə Dövlət Universitetinin magistrantı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriatı 23 yaşlı İbrahim Həşimlidir. Həşimli dərs zamanı huşunu itirib, xəstəxanaya aparılarkən isə yolda dünyasını dəyişib.

Əlbəttə, gələcəyin əsgərlərinin və dövlətimizə, cəmiyyətimizə yararlı ola biləcək gənclərimizin vaxtsız ölümü hamımızı dərin hüznə boğur.

Bu dəfə A24.Az redaksiyası olaraq erkən tələbə ölümləri ilə bağlı ekspertlərimizə “imtahan sessiyası zamanı baş verən tələbə ölümlərinə imtahan yükünün təsiri varmı?” sualı ilə müraciət etdik. Tanınmış psixoloq Elnur Rüstəmov qeyd etdi  ki, bu bədbəxt hadisələrin birbaşa imtahanla əlaqəsi yoxdur: “Əslində, hər şeyi imtahan məsələləri ilə bağlamaq düzgün deyil. Onsuzda son zamanlar ölkədəki imtahan sistemi geniş tənqid olunur. Son zamanlar baş verən tələbə ölümləri əsasən ürək-damar problemləri ilə bağlıdır. Sözsüz ki, imtahan stressi, imtahanlara hazırlaşmağın çətinlikləri oxuyan və çalışqan, müəyyən hədəfi olan tələbələrdə gərginik yaradır. “Qiymət ala biləcəyəm, yoxsa yox?” düşcəsi çətinlik yarada bilir. Qəbul imtahanları zamanı bizə müraciət edənlər olub. Həmçinin, belə imtahanlar zamanı intihar edənlər də az deyil. Sözsüz ki, tibbi ekspertizalar ölümlərlə bağlı  qəti qərar çıxardırlar”.

Mütəxəsis həmçinin tələbələrə imtahan stressini minimuma endirmək üçün bir sıra məsləhətlər də verdi: “İmtahana hazırlığı son 3 günə saxlamaq yox, bütün semestr boyu oxumaq lazımdır. Qaiblər, kəsirlər tələbələrdə stress yaradır. Bilirsiniz ki, sistem dəyişilib və istisna hallarda tələbələr universiteti 5, hətta 6 ilə də bitirə bilir. Ona görə də, vaxtında oxumaq, əziyyət çəkmək lazımdır”.

Təhsil üzrə ekspert Əjdər Ağayev də təhsil sisteminin çətinliyi haqqında olan təəssüratlarını redaksiyamızla bölüşüb: “Bu hadisələrdə bir yox, bir neçə səbəb axtarmalıyıq. Mən həmişə demişəm ki, imtahanların çoxluğu gənc insanların iradə qüvvəsinə və sağlamlığına təsir edir. Birinci sinifdən başlayaraq sınaq, qəbul, buraxılış, ali məktəbdəki semestr imtahanları gənclərə mənfi təsir göstərir. Onların çoxluğu uşaqları yorur. Niyə yorur? Çünki bilirik ki, ekoloji pozuntular çoxdur, zəif kalorili qidalarla bəslənirik, udduğumuz hava, içdiyimiz sular çirklidir. Bu da, uşaqlarda axsamalar yaradır. Təsəvvür edin ki, orta məktəbdə oxuyan şagird saat 2-yə kimi dərsdə olur. Daha sonra isə 6-dan 9-a kimi pullu şərtlərdə ev tapşırıqları və əlavə məşğələlərlə məşğul olurlar. Bu uşaqların istirahətə, çörək yeməyə vaxtı olmur. Hər şeyə ümumtəhsil məktəblərindəki sistemi düzəltməklə başlamaq lazımdır. Əlavə pul tələbi yığışdırılmalıdır. Bir aydan artıqdır ki, yaşından asılı olmayaraq insanlar yarpaq kimi tökülürlər. Bu hadisələr təkcə imtahanlardan deyil. Hamısı həyat problemlərindən yaranır”.

İlhamə Sultan