İmzanı göstər, deyim kimsən
05.03.2020 11:02Hər bir insanın rəsmi imzası olmalıdır. Sən demə imzalarn da özünəməxsus xüsusiyyətləri varmış:
Об этом сообщает Роспрес
A24.Az imzadan xarakter oxuma elminin incəliklərini təqdim edir:
– İmza uzun olsa, adam səbirlidir.
– İmza qısadırsa, insan məntiqini yaxşı istifadə edər.
– İmza iti xəttlər təşkil edirsə, sahibi iti fikirli, zarafatlı, iti məntiqli və dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək bir insandır.
– İmza düzdürsə, insan düz xarakterli, etibarlı, yaxşı əxlaqlı, uyğundur.
– İmzada yumruluq varsa, adamda lider xüsusiyyətləri vardır.
– İmzada 3 nöqtə varsa adam iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.
– İmzada geri çevrilmələr varsa, adamın yaddaşı qüvvətlidir.
– İmza bəzəkli xəttlər təşkil edirsə, sahibi gözəl sənətlərə uyğundur.
– İmza qısa və anlaşılmayandırsa, sahibi nəyisə önəmsəyən deyil.
– İmzanın başı böyük hərf və gözəgəlimli başlayırsa, sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.
– İmzanın başı, ortası və sonu böyüksə, müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.
– İmzanın sonu böyük hərflə bitirsə, başladığı işləri yaxşı bitirir deməkdir.
– İmzanın baş hərfindən sonra gələn qisim incə isə sahibi incə xarakterli və romantik, qalınsa adam kobuddur və romantik deyil.
– İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa, adamın hədəfi böyükdür. Aşağı doğru xətt varsa adam içinə bağlıdır. Pessimistdir.
– İmza sağa əyiləndirsə sahibi sosial, diplomat; geriyə əyilmişsə qeyri sosialdır.
– İmza necə gəldi çəkilmişsə sahibi də eyniylədir. Demək olar ki, tüfeyli həyat tərzi yaşayanların imzasıdır.
– İmzada 3-4 fərqli xarakter varsa, adam səhnəyə daha yaxın biridir.

