İnəklərlə yaşamaq üçün ailəsini tərk etdi
05.03.2020 11:0344 yaşlı Hindistan vətəndaşı Vijay Parsansa, inəklərə o qədər qəlbdən sitayiş edir ki, onlarla yaşamaq üçün uşaqlarını, ailəsini tərk edib.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” xəbər verir ki, o, inəklərlə yaşamaq üçün, dini sığınacağa yerləşib.
Vijay Parsana inəklərinə düşkündür. Onlarla yatır, onlarla oyanır, onlarla çimir və onları öpüb-qucaqlayır. Parsana hətta inəklərin idrarını müqəddəs bilib, onu içir. Bunu öz sağlamlığı üçün xeyirli hesab edir.
Hindistan vətəndaşı deyir ki, yemək yemədən sadəcə inək idrarı ilə 22 gün sağ-salamat qalıb. Artıq ailəsi Vijayın bu cür həyat tərzini anlayışla qarşılayır.
Nərmin Kərim

