İngilislər “EVET”dən qorxuya düşdü – Ərdoğan 2029-cu ilədək…
05.03.2020 11:03İngilislər “EVET”dən qorxuya düşdü
Об этом сообщает Руспрес
İngilislər 2029-cu ilə qədər Ərdoğanın hakimiyyətdə qalacağından vahimələniblər.
A24.Az xəbər verir ki, İngiltərə mediası 51 faiz “bəli” çıxan Cümhuriyyət tarixinin ən kritik referendumunun nəticəsindən narahat olub.
Türkiyənin parlamentar sistemdən “Prezident sisteminə” keçidini nəzərdə tutan konstitusiya dəyişikliyi keçirilən ümumxalq səsverməsində qəbul edilib.
“The Guardian” Türkiyənin qərarının “Cümhuriyyətin quruluşundan bəri meydana gələn ən köklü dəyişiklik” olduğuna və çox az bir fərqlə qəbul edildiyinə diqqət çəkib.
Ərdoğan 2029-cu ilədək hakimiyyətdə…
“Independent” qəzeti “Türkiyə Prezidenti Ərdoğan gücünü artırmaq üçün səs verdi” başlığını manşetə çıxarıb.
“SKY News” nəticənin Ərdoğanın 2029-ci ilə qədər hakimiyyətdə qalması mənasına gəldiyini vurğulayıb. “SKY News” həmçinin iki əsas müxalifət partiyasının nəticəyə etiraz etdiyini bildirib
“The Financial Times” qəzeti də “Yeni Qüvvə üçün Ərdoğan qələbə elan etdi” başlığı ilə yaydığı xəbərdə seçkidə “Bəli” səslərinin çox az fərqlə önə keçdiyini vurğulayıb.
Qəzet Türkiyədə referenduma çıxarılan yeni konstitusiya maddələrinin prezidentə böyük siyasi toxunulmazlıq verdiyini deyib.

