Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İngiltərədə oğlanlara verilən ən məşhur ad – Məhəmməd

05.03.2020 11:03

Ərəb əsilli ad olan Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir.

Об этом сообщает Руспрес

Saytımız “Mignews.com”a istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin tərtib etdiyi sıralamada bu ad 8-ci yer tutur.

Ötən il İngiltərə və Uelsdə Məhəmməd adı 3908 oğlana verilib. Bundan əlavə, London və Uest-Midlendsdə də bu ad ən populyar ad olub.

Qeyd edək ki, İngiltərə və Uelsdə populyarlığa görə birinci yeri Oliver adı tutur. İkinci yerdə Harri, üçüncü yerdə isə Corc adı qərarlaşıb. Sonrakı yerləri Cek və Ceykob tutur.

Qadınlar arasında sıralamada ilk iki yerdə Oliviya və Ameliya qərarlaşıb. Belə ki, Oliviya adı İngiltərə və Uelsdə yeni doğulmuş qız uşaqları arasında Ameliya adını qabaqlayıb.

Maraqlıdır ki, ötən il Məhəmməd İsraildə də oğlanlara verilən ən populyar ad olub.