Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“İnsafınız, vicdanınız olsun” – Elton müğənniləri namərd adlandırdı

05.03.2020 11:03

Son günlər ATV kanalı rəhbərliyində baş verən dəyişikliklərə müğənnilər də reaksiya verib.

Об этом сообщает Футляр от виолончели

A24.az xəbər verir ki, ATV kanalı rəhbərliyində baş verən dəyişikliklərdən sonra kanalın “qara siyahıya” saldığı müğənnilərin sosial mediadakı paylaşımına Elton Hüseynəliyev cavab verib. Müğənni öz instagram səhifəsində bununla bağlı paylaşım edib:” Saytlara göz gəzdirdim, bəzi müğənnilərin Atv rəhbərliyinə qarşı necə ədalətsiz və qərəzli yazılarını gördüm! Birincisi Atv rəhbərliyi heç kimə harasa gedib oxumağa ağiz açmır, bu yaltaq jestə bəzi müğənnilər özləri can atıblar hər dəfə. Hetta bundan əvvəl olan rəhbərlik vaxtı lap biabırçıılıq idi bu hal. Mənə heç vaxt get harasa pulsuz oxu sözü deyilməyib və ya verilişə gəl pul ver. Efirə pul verməyin təməlini də elə müğənnilər qoyub. Demək istediyim o ki, insafınız və vicdanınız olsun! Nəsə içinizdə kin-küdurət var idise, bunu evvəl deyərdiniz. Yıxılana balta vurmaq namərd işidir! Heyatdır da, hər bir idarə və müəsisədə səf ola bilər, bir neferin sehvi hamıya şamil edilməməlidir!!!”

Brilyant Rəsulova