İnsan lazımdır, İNSAN – Cəlil Cavanşir yazır…
05.03.2020 11:03“ Paslanmış metal əşyaların pasını açmaq üçün, mətbəxdə dibi yanmış tavaları, qazançaları təmizləmək üçün “Coca-Cola”dan istifadə edə bilərsiniz, çox işə yarayır.
Об этом сообщает Футляр от виолончели
Enerji içkiərinin tərkibi aşağı-yuxarı eynidir, spirtli içkilərlə qarışdırıb içməyin heç bir effekti olmur, sadəcə içkinin dadı dəyişir.
NASA 1977-ci ildə kosmosa “Voyager” raketini buraxanda ona qızıl plastinka yerlşdirib. Əgər raket yadplanetlilərin əlinə keçərsə bu plastinka onlara dünyamız haqqında dolğun məlumat verəcəkmiş. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və 27 musiqi parçası vardı. Plastinkanın içərinsdə olan 27 melodiyadan biri Azərbaycan musiqisi idi…
Musiqinin müalicəvi xüsusiyyətləri var, müxtəlif xəstəliklərin müalicəsində musiqi terapiyasından geniş istifadə edilir…
Pedofilzmin qurbanı olan azyaşlılar, bəzən cinayətkarı müdafiə edir, onun günahkar olmadığını sübut etməyə çalışır…
Füzuli poetikası ilə, Mövlanə yaradıcılığı arasındakı ortaq nöqtələri, “Kitabi Dədə Qorqud” dastanı ilə, “Nibelungenlied” arasındakı paralelləri bilirsinizmi? Mən bilirəm…Əslində mən çox şey bilirəm. Həyatımı oxumağa, öyrənməyə, biliklərimi artırmağa həsr eləmiş adamam.
Məclislərdə heç kəsə macal vermədən danışmaq, hamının sözünü kəsib özümü gözə soxmaq, başqalarına verilən sualları cavablandırmaq üçün çox oxudum, çox araşdırdım, çox öyrəndim. İşim gücüm vikipediada, əyləncə saytlarında maraqlı xəbər axtarmaq, “Bilirsinizmi?” başlıqlı informasiyaları mənimsəmək oldu. Əlimə keçən bütün araşdırma, təhlil yazılarını oxudum. İşim- gücüm oxuyub öyrənmək, öyrəndiklərimi əzbərləmək, əzbərlədiklərimi bölüşmək oldu.
Napaleonu, Suvarovu, Sezarı, Böyük İsgəndəri, Daranı, Tomrisi, Sultan Süleymanı, Nelson Mandelanı, Qandini, Hitleri, Martin Lüteri, Malkolm X və başqa yüzlərlə tarixi şəxsiyyəti tanıyıram, onlar haqqında cild-cild kitablar oxumuşam.
“Molotov kokteyli” necə hazırlanmasından, Maradonanın niyə futboldan, Dəniz Baykalın niyə partiya sədrliyindən getməsindən, peşəkar boksçular niyə baş ağrısından əziyyət çəkməsindən xəbərdaram.
Lazım gələndə siyasətdən, ehtiyac yarananda tarixdən, məqam düşəndə futboldan, fürsət düşəndə ədəbiyyatdan danışa bilirəm. Heç vaxt məndən ixtisasımı soruşmurlar, bütün mövzularda eyni coşquyla danışıram, eyni həvəslə biliklərimi bölüşürəm, eyni şövqlə şərh verirəm.
…Bu qədər şeyi öyrəndim, oxudum, mənimsədim, amma insanları başa düşməkdə, onlarla ünsiyyət qurmaqda hələ də çətinlik çəkirəm. Bu qədər bilgim, zəkam, intellektim var, amma insanlarla ünsiyyəti bacarmıram…
Dostum – güvənə biləcəyim, kürəyimi söykəyə biləcəyim heç kəs yoxdur. Görünür olmayacaq da…”
…Həmsöhbətim məndən aldığı ikinci siqareti də kötüyünə qədər sümürüb, üstündə əyləşdiyi daşın üstündə əzdi. Sahibinin əlindəki süd şüşəsinə iştahla baxan küçük kimi sonsuz çarəsizlik oxunurdu baxışlarından. Daşın üstünə qoyduğum siqaret qutusunu və alışqanımı götürüb ayağa qalxdım. Sağollaşmadan arxamı çevirib, evə doğru addımladım. Açığı bu qədər savadlı, intellektual, bilgili adamla danışmağa hövsələm çatmazdı.
Mənə insan ruhundan, ovqatından anlayan, şeiri duyan, musiqiylə nəfəs alan insanlar lazım. Nəyimə lazımdır bu qədər informasiya?
Mənə insan lazımdı, informasiya ilə zəhərlənməmiş, lazımsız bilgilərlə yüklənməmiş insan…
Cəlil CAVANŞİR

