İnstagramın qeyri-adi fenomenləri
05.03.2020 11:03Dünyanın fərqli məkanlarından insanlar mextəlif qabiliyyətləri, qeyri-adi paylaşımları ilə diqqət çəkirlər.
Об этом сообщает Роспрес
A24.az bu dəfə sosial media fenomenlərindən bir qismini təqdim edir:
JULIA VINS
Julianı izləyiciləri “əzələli barbi” adlandırırlar. 20 yaşlı rus idmançı sərt bədəni və uşaq sima cizgiləri ilə qısa müddətdə çox populyarlaşıb. 120 kiloqramlıq qanteli qaldıra bilən qızın sosial 450minlik izləyicisi var.
MALIN RYDDQVIS
“Boeing” şirkətinin pilotu Malin Rydqvis dünyanın fərqli məkanlarında çəkdirdiyi yoqa fotoları ilə məşhurlaşıb. Xorvatiya əsilli 29 yaşlı isveçli pilot 2008-ci ildə “snowboard”la məşğul olarkən keçirdiyi qəza nəticəsində yoqa ilə birdəfəlik sağollaşıb.
ARNA YR. JONDOTTIR
İslandiyanın gözəllik kraliçası hesab olunan Arna Las Vegasda “iss Grand International” gözəllik yarışmasını təşkil edən qrum tərəfindən artıq çəkili görülən və təcili arıqlamalı olan xanımlardandır, lakin 20 yaşlı qız bu istəyi rədd edib. İslandiyanın paytaxtında yaşayan keçmiş gimnast qərarını belə açıqlayıb: “bəli, çiyinllərim biraz daha böyük ola bilə. Çünki mən İslandiya milli komandasında yer alan atletəm və bununla qürur duyuram. Yarışmanın təşkilatçısı məni olduğum kimi qəbul etmir və arıqlamağımı istəyirsə, deməli, heç ilk 10-luqda olmağımı da haqq etmir”.
GIANLUCA VACCHI
İtaliylı iş adamı Gianluca dəbdəbəli həyatı ilə fenomen olub. Vacchinin sosial mediada 7 milyon izləyicisi var.
SIMON HOOPER
Simon 4 qız uşağının atası olmağın əyləncəli və çətin tərəflərini sosial mediada tez-tez paylaşır. Onun 9-6 və 10 aylıq əkiz qızları var.
AVERAGE ROB
Bu oğlan özünü məşhurların yanına “photoshop”layıb şəkillərini paylaşır. Onun əsas məqsədi forslanmaq yox izləyicilərini əyləndirməkdir.
KHOUDIA DIOP
Afrikanın dəri rənginin həddən artıq tünd olmasına görə “Melanin Tanrıçası” adlandırılır.

