İntellektual səviyyələri yüksək olan məşhurlar – SİYAHI
05.03.2020 11:031 – “Cevapsız Çınlama” mahnısı ilə adını geniş bir kütləyə yayan, son zamanlar “Sen Olsan Bari” mahnısı ilə zirvədə yer tutan Aleyna Tilki 4 yaşında ailəsinin zəka səviyyəsini ölçdürdüyünü və üyüksək çıxdığını açıqlayıb. Aleyna Tilki son testlərdən sonra İQ səviyyəsinin 140 olduğunu deyib.
Об этом сообщает Руспрес
“Ailəniz “bu uşaq normal deyil” deyərək mütəxəssisə müraciət etməyib?” sualına isə 17 yaşlı müğənni “Çox hərəkətli uşaq olduğum üçün mənim ilk dəfə 4 yaşımda pedaqoqun yanına apardılar. Zəka səviyyəmi ölçdülər. Testdən çox zəkalı çıxdım. Bundan başqa hiperaktiv idim, amma indi keçib gedib. daha sonra 7 yaşımda ikinci dəfə zəka testi etdilər. nəticə yenə eyni çıxdı – 140. 4 yaşında olan zaman öz-özümə yazıb-oxumağı da öyrənmişdim” deyərək cavab verib.
2 – Albert Eynşteyn – İQ səviyyəsi 160 – 20-ci əsrin ən məşhur fiziklərindən biri olan Albert Eynşteyn Nisbilik nəzəriyyəsinin əsasını qoymuş, kvant mexanikası, statistik mexanika və kosmologiya üçün əhəmiyyətli tövhələr verib. Albert Eynşteyn 1921-ci ildə Nobel mükafatı alıb.
3 – Quentin Tarantino – İQ 160 – ABŞ-lı film rejissoru, aktyor və oskar mükafatçısı, ssenarist. 1990-cı illərin əvvəllərində Tarantino qanlı və şiddət dolu səhnələri cəsur şəkildə canlandıraraq ABŞ filmlərinə yeni nəfəs gətirib. Bundan başqa Tarantino “Art-house” filmi haqqında ensiklopedik biliyə sahib, ağzı çox söz tutan və moda ilə bağlı son yenilikləri təqib edən biri kimi tanınır.
4 – Bill Klinton – İQ səviyyəsi 137 olan Bill Cefferson Klinton ABŞ-ın 42-ci prezidenti olub və 1993-2001-ci illər arasında Amerikaya xidmət göstərib. Bill Klinton prezident seçilməzdən əvvəl 12 il Arkanzasın 50-ci və 52-ci valisi olaraq xidmət göstərib.
5 – Arnold Şvartsnegger – İQ 135 – Avstraliya əsilli olan ABŞ-lı kino aktyoru həm də idmançı və siyasətçidir. 2003-cü ilin 17 noyabr tarixindən etibarən Kaliforniya əyalətinin 38-ci valisi olaraq xidmət göstərməkdədir.
6 – Madonna – İQ səviyyəsi 140 olan Madonna Louise Ciccone amerikalı müğənni, bəktəkar, rəqqas, aktrisa, filmşunas, yazıçı və moda ikonu kimi tanınır. Madonna daha çox “Pop musiqisinin kraliçası” kimi tanınmaqdadır. Yüksək templi səhnə performansı ilə məşhur olan sənətçi çıxışlarında erotik, siyasi və dini mövzulara toxunur.
7 – Benyamin Netanyahunun İQ səviyyəsi 180 olan “Likud” partiyasının sədri, həm də İsrailin 9-cu baş naziridir.
8 – Şakira – İQ səviyyəsi 140 olan Şakira İsabel Mebarak Ripoll Livan əsilli Kolumbiya müğənnisidir. Yarı latın, yarı ərəb rəqsləri ilə insanların sevgisini qazanan Şakira eyni zamanda musiqi bəstələyir. 2 dəfə “Grammy”, 8 dəfə “Latin Grammy” mükafatını alıb. 159-a yaxın mükafatın sahibidir.
9 – Bill Qeyts – İQ 160 – 1955-ci ilin 28 oktyabr tarixində dünyaya gələn Amerikalı iş adamı “Microsoft” şirkətinin qurucularındandır. Evlidir və 3 övladı var. 2009-cu ildə dərc olunan “Forbes” jurnalının açıqlamasına görə, Bill Qeyts dünyanın ən varli insanlarından biri olub.
10 – Qarri Kasparov – İQ səviyyəsi 190 olan, 1985-2000-ci illər arasında dünya çempionu olan rusiyalı şaxmatçı 1963-cü ildə Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Atası yəhudi olan Kasparovun anası ermənidir. 1985-ci ildə Anatoli Karpova qalib gələrək dünya çempionu adını qazanmış, 2000-ci ildə Vladimir Kramnikə məğlub olub.
11 – Muhamməd Əli – İQ səviyyəsi 78 olan bütün zamanların ən yaxşı boksçusu olan Cassius Marcellus Clay Jr müsəlman olandan sonra adını dəyişdirərək Muhamməd Əli adını götürmüşdür.
12 – Hillari Klinton – İQ səviyyəsi 140 olan Hillari Klinton ABŞ-ın 67-ci xarici işlər naziridir. İxtisasca hüquqşunas olan Klinton Demoktarlar partiyasının üzvüdür. İki dəfə ABŞ prezidentliyinə namizədliyini irəli sürsə də, seçimlər zamanı Barak Obama və Donald Trampa məğlub olub.
13 – Corc Buş – İQ 125 – 1946-ci ildə ABŞ-ın 43-cü prezidenti olub. 2001-2009-cu illər arasında ABŞ-a prezidentlik edib.
Firuzə Alimova / MTM

