İranda gənc qadın silahla inkasatora hücum etdi
05.03.2020 11:05İranda inkasator maşınından pul oğurlanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə ötən həftə Tehran şəhərində baş verib.
İranın “Pasarqad” bankına məxsus inkassator maşınına biri qadın olmaqla 3 nəfərlik dəstə yolda hücum edib. Dəstə üzvləri “Kalaşnikov” avtomatları ilə sürücünü hədələyərək 900 milyon tümən (təxminən 250 min ABŞ dolları) pul aparıblar.
Polisin keçirdiyi əməliyyat çərçivəsində onlar İranın şimalında Lahican şəhərində atışma nəticəsində təslim olublar. Atışma zamanı dəstənin 22 yaşlı qadın üzvü yaralanıb və hazırda xəstəxanada.

