İrandan Qarabağa xəyanət – Erməni sevgisi fontan vurdu
05.03.2020 11:05İranlı bir neçə qadın qondarma Dağlıq Qarabağın bayrağı ilə foto çəkdirərək yayımlayıb.
Об этом сообщает Футляр от виолончели
İran zaman-zaman erməni sevgisini nümayiş etdirib, ümumiyyətlə İran İslam Respublikası dünyaya özünü ermənilərin himayəçisi kimi göstərib.
A24.az xəbər verir ki, ermənilərə bir çox üstünlüklərin verildiyi İranda növbəti erməni sevgisini iranlı qadınlar nümayiş etdirib. Belə ki, Tehranda 4 iranlı qadın əllərində “Dağlıq Qarabağ”ın bayrağını tutaraq şəkil çəkdiriblər.
İranlı qadınların bu görüntü ilə verdikləri mesaj isə Azərbaycana aydındır. Azərbaycan bununla fars rejiminin erməni sevgisinə ilk dəfə deyil ki, şahid olur. İndiyə qədər qarşılaşdıqlarımızın yanında Tehran xanımlarının Qarabağ “sevgiləri” bəlkə də adi qarşılanmalıdır. .
A24.az sözügedən fotonu təqdim edir:
Xatırladaq ki, İran orada yaşayan ermənilərə digər milli və dini azlıqlara şamil edilməyən hüquqları verib. İran erməniləri öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər. Halbuki, İranda yaşayan digər etnik qrupların hamısı qeyd olunan hüquqlardan məhrumdur. Həmçinin hər il dünya erməniləri Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsinə dini mərasim keçirmək adı ilə toplaşır, istədikləri mərasimi keçirirlər. İran, Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşması və nəticə etibarı ilə daşnakların gizli fəaliyyətinə etibar və legitimlik qazandırıb. Qarakilsənin yerləşdiri Azərbaycan ərazilərində, soydaşlarımız milli-mədəni hüquqlarının tələbi və ya Dağlıq Qarabağla bağlı hər hansı tədbir həyata keçirə bilmirlər. Bu zəmində ən kiçik addım atan azərbaycanlı fəallar dərhal İran rejimi tərəfindən sərt şəkildə cəzalandırılır.
A24.az//Pərvin Abgül

