İslamın müqəddəs şəhərləri təhlükə altında: İran Məkkə və Mədinəni vuracaqmı?
05.03.2020 11:05İran İslam Respublikasının müdafiə naziri Hüseyin Dehkan səudiyyəli həmkarı Muhamməd bin Selmanın “Müharibəni İranın içərilərinə doğru çəkməliyik” sözlərinə sərt reaksiya verib.
Об этом сообщает Футляр от виолончели
Belə ki, televiziya kanalına müsahibəsi zamanı Dehkan “Səudiyyə Ərəbistanı müharibəni İranın içərilərinə doğru apara bilərmi?” sualını belə cvablandırıb:
“Səudiyyə Ərəbistanının bu işi necə edəcəyini bilmirəm. Belə bir axmaq hərəkət etməmələri üçün onlara xəbərdarlıq edirəm. Lakin əgər edərlərsə, Məkkə və Mədinə xaric salamat yer qoymarıq” deyə çıxış edib.
Saytımız məsələyə münasibətini öyrənmək üçün Milli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxladıq. Millət vəkili İranın bu hədəsinə belə haqq qazandırdı:
“Ümumiyyətlə, mən inanmıram ki, İran Məkkə və Mədinəni vurar. Çünki bu bir məsuliyyətsizlik sayılar. Hətta ingilis və ermənilər Məkkə və Mədinəni dağıtmaq barədə bəyanat verməz. Tarix boyu ingilislər Məkkə və Mədinəni tutublar, lakin heç kimin oranı dağıtmaq fikri olmayıb. İranın Səudiyyə Ərəbistanı ilə problemi varsa, müharibə elan edəcəklərsə və ya buna yaxın başqa bir addım atacaqlarsa, bu başqa məsələ…
Lakin iki ölkə arasında gərgin münasibətlər varsa, İran Səudiyyə Ərəbistanına hücum barəsində fikirləşirsə, “Məkkə və Mədinə xaric salamat yer qoymarıq” deyibsə, bu normaldır. Bunu anlayışla qarşılamaq lazımdır, çünki burda müsəlmanların ibadətgahına toxunacaq addım atılmayıb. Yəni öz müdafiə haqlarından istifadə ediblər. Ona görə də İranın bu açıqlamasına normal yanaşmaq lazımdır. Eləcə də Səudiyyə Ərəbistanının açıqlamasına gəldikdə, əgər hər hansı bir təhdid varsa, belə bir addım atıla bilər. Amma bütövlükdə bizim arzumuz odur ki, iki müsəlman dövlət bir-biri ilə düşmən münasibətə gəlməsin”.
Politoloq Zərdüşt Əlizadə isə İranla Səudiyyə Ərəbistanı arasındakı gərgin münasibətlərdə Qərb ilə Amerikanı səbəb göstərdi:
Müdafiə naziridir və öz aləmində borcudur ki, düşməni qorxutsun. Məhz, qorxutmaq üçün də belə bir söz işlədib. Mən düşünmürəm ki, İran Səudiyyəni vurar və yaxud Səudiyyə İranı darmadağın edər. Allah eləməsin ki, iki müsəlman dövləti bir-birinə düşmən olsun. Hər iki dövlətin rəhbərləri də gərək ki, müharibəyə təhrik edən, qızışdıran qüvvələrə fikir verməsinlər. Qaldı ki, iki ölkə arasındakı gərginliyə… Əlbəttə ki, Səudiyyə Ərəbistanı İrandan güclüdür. Çünki Səudiyyənin arxasında Qərb və Amerika durur. Arzulayaq ki, bütün bu təhdidlər, hədələr geridə qalsın.
Politoloq “Birdən İran Məkkəni vurdu?!” sualına isə “İranın bütün qərarlarını İranın ali dini lideri Ayətullah Əli Xameyi verir. Ayətullah Xamneyi isə din xadimidir və düşünmürəm ki, müsəlmanların dini ayinlərini həyata keçirdikləri müqəddəs ibadətgahları darmadağın etmək üçün həmin hədəni həyata keçirtsin”.
Firuzə Alimova

