İranlı aktrisa Trampa etiraz etdi – Qatılmayacaq
05.03.2020 11:05Amerika və dünyada yeni Donald Trampa qarşı protestlər davam edir.
Об этом сообщает Руспрес
A24.Az ötən gün Amerikalı məşhur aktyor Shia Le Beoufun internet vasitəsiylə canlı yayımladığı video zamanı polislər tərəfindən əlləri qadallanaraq həbs edilidiyini xəbər vermişdi.
Prezidentə qarşı çıxanlardan biri də iranlı aktrisa Təranə Əlidusti olub. O, ABŞ prezidenti Donald Trampa etiraz olaraq “Oskar” mərasiminə qatılmayacaq.
Aktrisa ABŞ prezidentinin əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələrə viza verilməsini qadağan edən miqrasiya siyasətinə etiraz edib:
“Trampın İran sakinlərinə viza verilməsini qadağan etməsi irqçi addımdır. Fərqi yoxdur bu mədəniyyət tədbiridir, ya yox, mən etiraz əlaməti olaraq 2017-ci il “Oskar” mərasimində iştirak etməyəcəyəm”, – deyə Təranə öz “Twitter” səhifəsində yazıb.
T.Əlidustinin rol aldığı “Satıcı” (Salesman, rej: Əsgər Fərhadi) filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında namizəd göstərilib.
Qeyd edək ki, “Oskar” mükafatları fevralın 26-sı Los-Ancelesdə təqdim olunacaq.

