İranlı gənclərin məhrəm əlaqələri deşifrə olundu – İNANILMAZ FOTOLAR
05.03.2020 11:05İranda necə eşqbazlıq edilir?
Об этом сообщает Футляр от виолончели
Özünəxas qanun və qaydaları olan İran hər zaman sosial həyatı ilə bütün dünyanın diqqətini çəkib. Çoxu bilir ki, İranda nikahdankənar eşq yaşamaq qadağandır. Ancaq gənclər pul cəzası, həbs və işgəncə ilə üzləşmələrinə baxmayaraq qarşı cinslə əlaqəyə girməkdən çəkinmirlər. Təbii ki, bu qarşılıqlı əlaqə üçün onların da özlərinə məxsus metodları var.
İctimai həyat dedikdə, İranda ilk ağla gələn yer küçələrdir. Gənclərin açıq şəkildə eşqbazlıq etdikləri yeganə yer küçələrdir. Belə ki, qızlar və oğlanlar avtomobillərinin şüşələrindən bir-birlərinə telefon nömrələrini verirlər.
İranda, xüsusilə də Tehranda evlərdə təşkil edilən partilərdə isə gənclər sözün həqiqi mənasında “qan edirlər”. Əlbəttə ki, həmin qonaqlıqlarda iştirak edə bilmək üçün ev sahibinin və partini təşkil edən şəxsin güvənini qazanmaq əsas şərtdir.
Hava qaralan saatlarda isə partidəki gənclər qrup halında dağlara doğru hərəkət edirlər. Maşınların içinə doluşmuş qızlarla yanaşı kişilərin də olması normaldır, hətta avtomobilin içi adamla dolu olsa belə nə polisin, nə də mühafizəçilər buna əhəmiyyət verməz. Avtobuslar və metrolarda ciddi qayda-qanun qorunsa da, şəxsi avtomobillərə qarışan olmaz.
Eşqbazlığın digər metodlardan bəziləri isə daha çox makiyaj etmək, rəngli paltarlar geyinmək, qolları açıqda saxlamaq və bağlı qapılar ardında gizli-gizli münasibətlər yaşamaqdır.
A24.az xəbər verir ki, Kiana Hayeri adlı fotoqraf “İranda necə eşqbazlıq edilir?” sualına fotolarla cavab verməyə çalışıb.
İran əsilli Alman fotoqraf Kaveh Rostamhani isə İran gəncləri ilə həyata keçirdiyi foto layihəsi ilə diqqət çəkir.
Ölkədə küçədə təzyiq, bağl qapılar arxasında isə azadlıq var.
Fotolar gənc iranlıların küçə ilə ev arasında nə qədər fərqli iki həyat sürdüyünü göstərir.
İranda dəfələrlə “ilin fotoqrafı” seçilən Həsən Fateminin “Bir İran səfəri” adlı layihəsi də də gənc İranlıların nə qədər fərqli iki həyat sürdüyünü ortaya qoyur.
Bir evdə əylənən gənclər.
Qadağan olmasına baxmayaraq, bilyard oynayan İranlı qadınlar. İrandakı bilyard zallarına qadınların daxil olması rəsmən qadağandır.
Nəsim adlı gəlinin toyu. İran qanunlarına görə, toylarda qadın və kişilər bir yerdə olmamalıdır. Ancaq bir çox insan bu qadağanı nəzərə almır.
Tehrandakı bir gözəllik salonundakı qadınlar. İranda qadın makiyajı etmələri qadağan olan kişilərin gözəllik salonlarına da girmələrinə icazə verilmir.
Tehrandakı bir alt paltarı mağazasındakı İranlı qadınlar.
İranda qohum olmayan qadın və kişilərin birlikdə sosiallaşmasının qadağan olmasına baxmayaraq, bir ev məclisində rəqs edən gənclər.
Şiraz şəhərində İranlı gənclər skripka çalır.
Tehrandakı bir evdə bir qadın namaz qılarkən digəri TV izləyir.
Hürremabad şəhərində Aşura tədbirinə qatılan İranlı qadınlar.
Şervinlə iti. İrandakı İslami qaydalara görə, insanların it bəsləməsi yolverilməzdir. Bu üzdən polis küçədə gəzdirilən itlərə əl qoyur.
Tehrandakı evlərin birində hovuzda istirahət edən gənclər.
İranda döymə qadağan deyil, amma etdirənlərə o qədər də yaxşı gözlə baxmırlar.
21 nəfəri qaçırıb öldürməkdə təqsirləndirilən Məhəmməd Biceh adlı iranlı Pakdeşt şəhərində krandan asılaraq edam edilir. “Səhra Vampiri” ləqəbli Biceh minlərlə insanın qabağında edam edilməmişdən öncə 100 dəfə qamçılanıb.

