Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İranlı qadınların qadağa tanımayan yeni əyləncəsi

05.03.2020 11:05

İranlı qadın motosikletçi Behnaz Şefii ən böyük arzusunun İranda qadınlara motosiklet sürmək üçün vəsiqənin verilməsi olduğunu söyləyir.

Об этом сообщает Руспрес

Saytımız xarici mediaya istinadən xəbər verir ki, motosiklet sürməyi sevən bir qadın olaraq kişilərə bənzəmək istəmədiyini bildirən 29 yaşlı idmançı “15 yaşımda kənddə qadın motosiklet sürücüsü gördüm və bundan sonra motosiklet sürməyə marağım artdı. Hər zaman gördüyüm hər motorçudan bir az sürmək üçün motosikletlərini istədim. Beləcə bir müddətdən sonra motosiklet sürməyi professional olaraq öyrənməyə qərar verdim” deyib.

“114 qadına dərs verdim…”

Şefii idman xaric İranda qadınların motor idmanı ilə bağlı qadağaların aradan qaldırılması üçün səy göstərdiklərini bildirərək “Rəsmi olaraq bu idman növündə məşqçimiz yoxdur. Mən həm yarış, həm də kros motosikleti (dağ motosikleti) sürürəm. Bir müddət qadınlara pulsuz motosiklet sürücülüyü dərsləri üçün elan verdim və indiyə qədər bu idman növündə 114 nəfər dərs alıb” deyə qeyd edib.

Ötən il uzun mübarizədən sonra Şefii ilk dəfə İranda qadınlardan ibarət motosiklet yarışı keçirtməyi bacarıb.

“Ümid edirəm, qadağaların aradan qaldırmağı bacararıq…”

Şefii, “ Ümid edirəm ki, yavaş-yavaş bu cür maneələri aradan qaldıraraq qadın motosikletçilərin vəsiqə alması və motosiklet sürməsi kimi qarşıya qoyulan qadağaları aradan qaldırmağı bacararıq” deyə arzularını ifadə edib.

Qeyd edək ki, İranda motor sürməyə həvəsli olan qadınların küçə və yollarda motosikletə minmələri belə qadağandır. Lakin motor idman dərslərinin təşkili ilə bağlı sertifikat almağı gözləyən Şefii bu sahədə İranın ilk qadın motosiklet sürücüsü və tədrisçisi olacaq. Bundan başqa motor yarışları üzrə İranın ilk qadın idmançısı olan Şefii 2015-ci ildə İtaliyada keçirilən yarışda ən yaxşı 5 qadın motorçu arasında yer alıb.

Xatırladaq ki, ötən ay İranda başda zumba olmaqla, aerobika, “body” ritm və hip-hop rəqsinin idman və fitnes salonlarında tətbiq edilməsi “İran mədəniyyətinə uyğun deyil” səbəbi ilə qadağan edilib.

Onu da qeyd edək ki, iranlı qadınlara qarşı tətbiq edilən digər qadağa, stadionlarda onlara idman yarışlarını izləməyə izin verilməməsidir. Sözügedən qadağa sonuncu prezident Həsən Ruhaninin tərəfdarları seçkilərdən sonra mövzunu gündəmə gətirərək tətbiq edilməsini tələb ediblər.

Firuzə Alimova / A24.az