Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İraq ordusu Bərzaninin nəzarət etdiyi sərhəd qapılarına doğru hərəkətə keçir

05.03.2020 11:06

İraq Müdafiə Nazirliyi İraq Kürd Regional Rəhbərliyinin nəzarətində olan sərhəd qapılarına Türkiyə və İran ilə koordinasiyalı şəkildə nəzarət ediləcəyini bildirib.

Об этом сообщает Футляр от виолончели

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada “İraq qüvvələri İKYB-nın Türkiyə və İrana açılan sərhəd qapılarına doğru hərəkət etməyi planlaşdırır”, – deyə qeyd olunub.

Bəyanatda həmçinin sərhəd qapılarının mərkəzi hakimiyyətin nəzarətinə keçməsinin qonşu ölkələr (Türkiyə və İran) və maraqlı tərəflərlə kooridinasiyalı şəkildə aparılacağı və sözügedən prosesdə heç bir gecikmə olmadığı vurğulanıb.

Gün ərzində Bağdaddan verilən açıqlamalarda İraq hərbi qüvvələrinin İKYB-nin nəzarətindəki sərhəd qapıları istiqamətində hərəkət edəcəyi açıqlanmışdı.

İKBY hökumətindən verilən açıqlamada isə onlardan sərhəd qapılarının təslim edilməsi məsələsində bir tələb edilmədiyini bildiriblər. Sərhəd qapılarının nəzarətinin Ərbil rəhbərliyindən Bağdada təhvil verilməsinin müzakirə mövzusu olmayacağı deyilib.

İraq mərkəzi hökuməti ilə İKBY arasındakı sərhəd qapısı problemi sentyabrın 25-də keçirilən referendumundan bu yana davam edir.

Xəyalə Bünyatova // A24.Az