Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İraq ordusu Kərkükə hücuma başladı – Türkmən bölgəsində vəziyyət gərginləşir

05.03.2020 11:06

İraq təhlükəsizlik qüvvələri Kərkükdəki hərbi baza və neft quyularını almaq üçün əməliyyat başlayıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, İraq Kürd Regional Rəhbərliyi (IKBY) Təhlükəsizlik Agentliyi, İraq təhlükəsizlik qüvvələrinin Kərkükün mərkəzindəki hərbi baza və neft quyularını Peşmərgədən almaq üçün hərəkətə keçdiyini açıqlayıb. Təhlükəsizlik Agentliyinin “Twitter” hesabından edilən açıqlamada İraq qüvvələri və “Haşdi Şabi”nin Kərkükün cənubundakı Tazehurmatudan hərəkətə keçdiyi yazılıb. Sözügedən qüvvələrin məqsədinin Kərkükə girib Peşmərgənin nəzarətindəki “K1 Hərbi Baza” və neft quyularını almaq olduğu qeyd edilib.

Heydər əl-İbadidən təhlükəsizlik təminatı

İraqın baş naziri Heydər əl-İbadi silahlı qüvvələrə Kərkükdə hər kəsin təhlükəsizliyini qorumaq tapşırığı verib. O, Kərkükdə təhlükəsizliyin təmin olunması üçün bölgə əhalisi və Peşmerge ilə də əməkdaşlıq edilməsini istəyib.

İraq Birgə Əməliyyatlar Komandanlığından xəbərdarlıq

İraq Birgə Əməliyyatlar Komandanlığı, Kərkükdəki silahlı qruplara, mərkəzi hakimiyyət qüvvələrinə atəş açmaması barədə xəbərdarlığı edib.

Peşmerge komandirlərindən polkovnik Salar Teymur, Kərkükün mərkəzinin cənubundakı Tazehurmatu qəsəbəsi yaxınlığında İraq ordusu və “Haşdi Şabi”nin mövqelərinə atəş açdığını iddia etmiş, qarşıdurmanın davam etdiyini bildirmişdi.

İraq dövlət televiziyası xəbərində, İraq Kürd Regional Rəhbərliyi (IKBY) başçısı Məsud Bərzaninin Kərkükdəki gərginlikdə Peşmərgəyə münaqişəni başlayan tərəf olmamaları haqda göstəriş verdiyi bildirilmişdi.

Həmçinin, dövlət televiziya ekranının sağ küncünə “Hədəfimiz Kərkük xalqının təhlükəsizliyidir” yazısı yerləşdirilib.

Salehidən türkmənlərə çağırış

İraq Türkmən Cəbhəsinin Sədri Erşad Salehi Kərkükdə türkmənlərəmüraciət edərək özlərini qorumalarını istəyib: “Bir-birinizdən xəbərdar olun. Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Kimsənin hədəfi olmayın və imkan daxilində silahlarınızı əlinizə alıb qapıda və prospektlərdə dayanın, qorxmayın”.

İŞDİ və ya PKK terror təşkilatına mənsub şəxslərin Türkmən bölgələrini hədəf ala biləcəyini deyən Salehi, “Həssas günlərdir. İnşallah bu günlər də bitər və aydınlığa qovuşa bilərik”, -deyə qeyd edib.

“Haşdi Şabi” ilə Peşmərgə arasında qarşıdurmaların yaşandığı deyilir.

ABŞ-dan açıqlama

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kərkükdə artan gərginliklə bağlı tərəflərə çağırış edib.

Pentaqonun Orta Şərq üzrə sözçüsü Mayor Adrian Rankine Galloway, “Bütün tərəflərə gərginliyi artıran addımlardan uzaq durması dəvət edirik. Hansı tərəf olursa olsun, şiddətin əleyhinəyik. İŞİD ilə mübarizədən çəkindirəcək və İraqın sabitliyinə zərər vuracaq addımlara qarşı xəbərdarlıq edirik”, – deyə İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

Xəyalə Bünyatova // A24.Az