Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İri fabrikdə yanğın: FHN-nin polkovnik-leytenantı yaralandı

05.03.2020 11:06

Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

Об этом сообщает Футляр от виолончели

A24.az Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən “Akkord-Tekstil” fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.

Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib.

Yanğının başvermə səbəbləri araşdırılır.