İsa Peyğəmbər necə doğuldu?
05.03.2020 11:06Bu gün xristian dünyasının “oğul” deyə adlandırdıqları İsa peyğəmbərin doğum günüdür.
Об этом сообщает Роспрес
Təxminən, 2 min il əvvəl indiki Fələstin ərazisində Məryəm bakirə olmağına baxmayaraq, bir oğlan dünyaya gətirib. Xristian dünyasına peyğəmbər olaraq gələn hz. İsanın doğum tarixi məlumat azlığı səbəbindən hələ də xristianlar arasında mübahisə yaradır.
Bəzilərinə görə İsa miladın başlanğıcında dünyaya gəlib. Qərb xristianları olan katoliklər İsanın doğum gününü 25 dekabr tarixində qeyd edərkən, bəzi Şərq kilsələri miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayının 6-a təsadüf edir. Əsasən 25 dekabrda keçirilən, xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə on ikinci gecə ayinləri ilə tamamlanır.
Müasir dövrdə milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin bir çox qeyri-xristian xalqlar da 20-ci əsrin əvvəllərindən etibarən bu bayramı qeyd edirlər. Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır.
Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Bir çox qeyri-xristian ölkəsi kimi bizdə də yeni il şənlikləri xüsusi təntənə ilə qeyd edilir, şəhərdə və eləcə də evlərdə şam ağacları bəzədilir, insanlar bir-birlərinə hədiyyələr verir. Bəlkə də çoxlarının bu bayramın tarixi və nə üçün qeyd edildiyi barədə heç bir məlumatı yoxdur. Yeni il şənliyini daha çox ticarətlə məşğul olanlar üçün sərfəlidir. Çünki hər il yeni il bəzəklərinin çox baha qiymətə satılmağına baxmayaraq uşaqlarını sevindirmək üçün onlarla insan tərəfindən alınır.
Bəs görəsən, islamda İsa peyğəmbərin doğum günü ilə və bu günü təntənəli şəkildə qeyd etməklə bağlı nə hökmlər var? Ümumiyyətlə islam biz müsəlmanlara milad bayramını qeyd etməyə icazə verirmi?
Bu mövzuda Abdullah bin Məsud Məhəmməd peygəmbərin (s.a.s.) “kim bir qövmün sayını çoxaldırsa o da ondandır. Kim bir qövmün əməlindən razıdırsa, o da onun əməllərinə ortaqdır” dediyini bildirib.
Hədisdən başa düşüldüyü kimi, islam müsəlmanlara islamdan kənar hər cür adətin, bayramın qeyd edilməsini qadağan edib.
Bundan başqa peyğəmbərimiz xristianlara aid olan, yeni il şənliklərində də bəzək əşyası kimi olaraq evlərdə istifadə olunan zınqırov haqqında “o da xristianlara aiddir” deyərək xoş qarşılamayıb.
Quran-ı Kərimdə də bu haqda belə buyurulmuşdur: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.
Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 3:31) İslam alimlərindən Abdullah bin Amr da buyurub: “Kim müşrik və kafirlərin ölkələrində qalsa, yeni il bayram və festivallarında iştirak etsə və onlara bənzəyərək ölsə, qiyamər günündə onlarla birlikdə hesaba çəkiləcəklər”.
Göründüyü kimi, islam başqa dinlərin bayramlarını qeyd etməyi qadağan edib. Buraya eləcə də hər il ölkəmizdə təntənəli şəkildə qeyd edilən yeni il şənliyi daxildir.
İslam haqqında və eləcə də Milad bayramının tarixi haqqında heç bir məlumatı olmayan milyonlarla dünya müsəlmanları bu bayramı hər il qeyd edir.
Bahar Məmmədli

