Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD lideri son çıxışını etdi: Geri çəkilin!

05.03.2020 11:07

İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi öz çıxışında bu yaxınlarda baş verən döyüşlərdə məğlubiyyəti etiraf edib.
A24.Az  xarici KİV-lərə istinadla xəbər verir ki, əl-Bağdadi vida xütbəsində qruplaşmanın üzləşdiyi məğlubiyyət barədə danışdıqdan sonra tərəfdarlarına Suriya və İraqdakı çətin keçilən dağ rayonlarına çəkilməyi məsləhət görüb.
Xatırladaq ki, Mosulun azad edilməsinə yönəlmiş irimiqyaslı əməliyyatlar oktyabrın 17-də başlayıb. Beynəlxalq anti-terror koalisiyasının hava dəstəyi ilə keçirilən əməliyyatlarda iştirak edən hökumət qüvvələri iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altında olan Mosulun şərq hissəsini azad edib. Hazırda İraq ordusu qərbi Mosul istiqamətində hücumları davam etdirir.

Об этом сообщает Руспрес