Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk müğənnilərdən ilk addımı Hadisə atdı – ZƏHRADAN YAZDI

05.03.2020 11:31

Türkiyəli məşhur müğənni Hadisə erməni təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra haqqında paylaşım edib.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, məşhur türk ifaçısı ermənilərin bu hərəkətini qınayıb və vəhşilik kimi qeyd edib:

“İçimiz yanır 2 yaşındakı bir uşağa. Ana acısı. Bu insanlığa sığmayan bir vəhşilikdir. Terrora dəstək verənləri dinindən, irqindən fərq qoymayaraq qınayıram, qınamağa da davam edəcəm. Buna bir son verin. Qardaş Azərbaycana da səbr diləyirəm.”

Qeyd edək ki, erməni təxribatı nəticəsində Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Elvin Paşazadə