Müğənni izləyicilərinə üsyan edib makiyajsız fotosunu paylaşdı
05.03.2020 11:31Müğənni Ece Seçkin ona “gücün çatırsa, makiyajsız fotonu paylaş”, -deyə yazanlara üsyan edərək yeni şəkil paylaşıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, müğənni fotosuna bu qeydi əlavə edib:
“Uzun müddətdir ki, “gücün çatırsa, makiajsız şəklini paylaş” deyə şərhlər yazırsınız. Gündəlik həyatımda çox makiyajla gəzən biri deyiləm, ancaq instaqramı əsasən səhnə arxası və kulis fotolarımı paylaşmaq üçün istifadə etdiyimdən məni həmişə makiyajla və kirpiklərlə görürsünüz. Məncə, bir qadının ən önəmli makiyajı üzündəki gülüş və gözlərindəki parıltıdır. Bəylər, sizə deyirəm. Bir qadının qaşını, kirpiyini, boyunu, çəkisini dərd edib onları incitməyin. İmkan verin ki, qadınlar gülümsəsin, gözləri işıq saçsın. Qızlar, sizə onsuz da bir şey deməyimə ehtiyac yoxdur, vəziyyəti bilirsiniz. Alın sizə…”.

