Müsəlman futbolçu terrorçu adı ilə komandadan qovuldu
05.03.2020 11:32Bundesliqa klubu olan “Darmstadt”, ”radikal müsəlman” adlandırdığı tunisli futbolçu Ben Xatiranı komandadan qovub.
Об этом сообщает Роспрес
Saytımız “din.az”a istinadən xəbər verir ki, Almaniyanın “Darmstadt” klubu, tunisli futbolçu Anis Ben Xatiranın kontraktını ləğv edib. Almaniya mətbuatının “radikal İslamçı” kimi qəbul etdiyi “Ansaar İnternational” adlı dərnəklə əlaqələri olan Ben Xatiranın bu səbəblə komandadan uzaqlaşdırıldığını qeyd edib.
Futbolçu isə verdiyi açıqlamada “Ansaar İnternational” dərnəyi ilə olan əlaqəsini təsdiq etsə də dərnəyin radikal İslamla heç bir əlaqəsinin olmadığını bildirib.

