Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müsəlman konqresində yəhudilər ilk dəfə stend açdı

05.03.2020 11:32

“İsrail bütün yəhudiləri təmsil etmir”.

Об этом сообщает Роспрес

Şimali Amerikanın ən böyük konqres və sərgi mərkəzi Mc Cormick Place’da 16-cı Müsəlman Amerikan Cəmiyyəti – Şimal Amerika İslam İctimaiyyəti konqresinə ənənəvi paltarlarıyla gələn sionizm əleyhdarı yəhudi qrupun stendi konqresə gələn müsəlmanlar tərəfindən maraqla qarşılanıb.

A24.Az xəbər verir ki, qrup adından açıqlama verən yəhudi Rabbi Dovid Feldman müsəlmanlara  sionizm ilə yəhudilik arasında fərq olduğu və İsrail dövlətinin bütün yəhudiləri təmsil etmədiyini izah etmək üçün burada olduğunu deyib.

ABŞ prezidenti Donald Trampın Qüdsü “İsrailin paytaxtı” olaraq tanımasının yəhudi inancına görə “qəbul edilməz” olduğunu vurğulayan Feldman “Yalnız Qüds mövzusu deyil, bütün Fələstin problemi bizə görə qəbul edilməz bir vəziyyətdir. Dünya üzərində çox böyük bir yəhudi cəmiyyətidə bizimlə eyni iddiadır” – deyə açıqlama verib.

Yəhudilərin əsrlərlə Fələstin torpaqlarında sülh içində yaşadığına diqqət çəkən Feldman sözlərini belə davam etdirib:

“İnsanlar problemlərin qaynağının fərqli dinlər olduğunu düşünə bilərlər. Amma bu, səhv düşüncədir. Əsrlərlə fərqli dinə mənsub insanlar sülh içində yaşaya biliblər və bundan sonra da yaşaya bilərlər. Bu gün bölgədə yaşanan problemlər İsrail dövlətinin siyasətindən qaynaqlanır. İsrailin, yəhudilərin dövləti deyil yəhudiləri təmsil etməyən sionist bir dövlətlətdir.”

Məhəmməd Şükürlü //A24.Az