Müsəlman ölkələr Bosniya və Hersoqovinada məscidlər tikir
05.03.2020 11:32Serb və xorvat işğalı əsnasında dağıdılan tarixi məscidlər, Türkiyə başda olmaqla, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və İran kimi müsəlman ölkələrinin dəstəyilə yenidən tikilir.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Bosniya və Hersoqovinada 1992-1995-ci illərdə baş verən müharibə zamanı dağıdılan məscidlər sanki küllərindən ucalır. Bosniya və Hersoqovina İslam Birliyinin verdiyi məlumata əsasən, 1992-1995-ci illərdə 614 cami, 218 məscid, 69 Qurani Kərim kursu, 4 təkkə, 37 türbə, eləcə də 405 müxtəlif vəqf binası dağıdılıb. Araşdırmalara əsasən, müharibədən əvvəl Bosniya və Hersoqovinda olan 1 144 məscidin 80%-i dağıdılıb, yaxud qəzalı vəziyyətə düşüb. Dağılan məscid və digər dini tikililərlə yanaşı, yüzdən artıq imam da qətlə yetirilib.

