“Müsəlman qadınlar öpüşür” – stendləri müsəlman qadınlarını ayağa qaldırdı
05.03.2020 11:32Avropada son illərdə artan islamofobiya və müsəlmanlara qarşı zorakılıq fərqli formalarda davam edir.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə isə Hollandiyada müsəlmanları alçaltmaq üçün fərqli bir kampaniya keçirilir. Belə ki, Rotterdam bələdiyyəsi “Müsəlman qadınlar öpüşür” adlı qalmaqallı bir kampaniyaya başlayıb.
“Qadınlara cinsi azadlıq” adı altında başlanılan kampaniyada küçələrə yəhudi və xristian kişilərlə, lesbian qadınlarla öpüşən hicablı xanım plakatları asılıb.
Müsəlman qeyri-hökumət təşkilatları tərəfindən etirazla qarşılanan bu kampaniya Hollandiyanın müsəlmanlara qarşı yeritdiyi irqçi, alçaldıcı siyasətin bir parçası kimi qiymətləndirilir.

