Müsəlman və yəhudi uşaqların bu şəkilləri sosial mediada səs-küy yaratdı
05.03.2020 11:32ABŞ-da yeni prezident Donald Trampın 7 müsəlman ölkəsinin ABŞ-a girişinə qoyduğu qadağalara qarşı etiraz aksiyaları baş qaldırıb. Bu aksiyalar zamanı atalarının çiyinlərinə çıxmış müsəlman və yəhudi uşaqların fotoşəkli sosial mediada əks-səda doğurub.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, müsəlman ata üzərində “Empati” yazdığı tablonu daşıdığı halda, yəhudi ata isə “Bunu daha əvvəl də gördük, bir də əsla. Yəhudilər qadağaya qarşıdır” yazılı bir şüar var. Amerikalı fotoqraf tərəfindən çəkilən şəkil “twitter” hesabından paylaşılıb və 16 mindən çox insan tərəfindən bəyənilib.
Sosial mediada geniş müzakirələrə səbəb olan bu şəkildən sonra müxtəlif dinlərdən olan hər iki ata sülhü qeyd etmək üçün axşam yeməyində də bir araya gələcək.
CNN-in araşdırmasına görə, müsəlman ata Fatih Yıldırım Türkiyədən Amerikaya 2002-ci ildə gəlib və Trampın seçki qabağı miqrantlarla bağlı açıqlamalarından sonra ötən il ABŞ vətəndaşı olmaq üçün hökumətə müraciət edib.
Fatih Yıldırım, 7 yaşında olan qızını yorulduğu üçün çiyinlərinə aldığını deyir. Eyni zamanda yəhudi ata Cordan Bendat-Appell 9 yaşlı oğlu Adinin etiraz aksiyasını daha yaxşı görməsi üçün çiyinlərinə aldığını deyib. Beləcə bir müsəlmanla yəhudi uşağın yan-yana durduğu bir şəkil meydana gəlib. Şəkillərə baxdıqda, Adin adlı yəhudi uşağın simasında “Nifrətə burda yer yoxdur” şüarı, Məryəm adlı müsəlman qızcığazın simasında isə “sevgi” yazıldığını görmək olar.

