Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Müsəlmanları təhdid edən video paylaşdı, baxın başına nələr gəldi

05.03.2020 11:32

Müsəlmanları təhdid edən  video hazırlayıb “Youtube”də paylaşan 25 yaşlı Kanada vətəndaşı Jesse Pelletierin mühakimə edilməsi ilə bağlı məhkəmə qərar çıxarıb.

Об этом сообщает Роспрес

A24.Az Anadolu-ya istinadən xəbər verir ki, “Batman” filmindəki Jokerin istifadə etdiyi maska ilə çıxış edən və “hər həftə bir Müsəlman öldürəcəyəm” mesajını verən Pelletier son dəfə hakim qarşısına çıxıb.

O, tutduğu əməllərdən peşmanlıq hissi keçirdiyini və həbs edildiyindən bəri daha yaxşı adam olmağa çalışdığını qeyd edib.

Vəkili müvəkkilinin spirtli içkilərdən və narkotikdən istifadəni tərgitdiyini bildirib.

Ona 2015-ci ildə hakim 2 il həbs cəzası kəsib, daha sonra Jessenin peşman olduğu nəzərə alınaraq 18 ay həbs və 100 saat dövlət qulluğunda xidmət etmə cəzası ilə əvəz edilib.  Sosial mediada video paylaşması qadağan olunub və psixoloji müalicəyə cəlb edilib.