Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Naim Süleymanoğlunun yapon qızı axtarılır

05.03.2020 11:33

18 Noyabrda vəfat edən Naim Süleymanoğlunun yapon qızı  Naomi ilə bağlı Yaponiyanın Ankaradakı səfirliyi araşdırmalara başlayıb. 

Об этом сообщает Роспрес

A24.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun Yapon jurnalist Kyoko Mori ilə münasibətindən dünyaya gələn qızının ailəsi tərəfindən axtarılması xəbəri ilə bağlı səfirlik hərəkətə keçib.

Habertürk qəzetində yer alan məlumatda bildirilir ki, 1990 və ya 1991-ci illərdə Ankarada anadan olduğu bildirilən Naominin haqqında olan sənədlər səfirlikdə mövcud idimiş, lakin bu sənədlər 10 il saxlanıldıqdan sonra məhv edilib.

Atalarının ölümündən sonra Süleymanoğlunun türkiyəli həyat yoldaşından olan 3 övladı atasının mirasının bölünməsində payını alması üçün Naomini axtarmağa başlayıb.

Pərvin Abgül//A24.az