Nalbandyan sərsəmlədi: “Dağlıq Qarabağ”sız danışıq olmaz
05.03.2020 11:33Dağlıq Qarabağ probleminin həllində Artsaxsız (Qarabağ) hər hansı bir razılaşmaya gəlmək və ya qərarın alınması mümkün deyil.
Об этом сообщает Руспрес
Saytımızın erməni mediasından əldə etdiyi məlumata görə, 30 iyunda Parlamentin iclasında iştirak edən müxalif “Müreffen” Ermənistan Partiyasından Ararat Zurabyan Ermənistan xarici işlər naziri Edvard Nalbandyandan Artsaxı müzakirələrə yenidən daxil etmək üçün aparılan işlərlə maraqlanıb.
Nalbandyan ATƏT-in Vyanada yerləşən mərkəzi ofisindəki bütün sənədlərdə Artsaxın adının keçdiyini vurğulayıb.
Qarabağ olmadan heç bir müqavilənin imzalanmayacağını vurğulayan Nalbandyan “Bir gün bu sənədlər yayımlanacaq və bütün bunlarda “Dağlıq Qarabağ təmsilçilərinin sülh müqaviləsinin hazırlanması və müzakirələrdə iştirakı lazımdır” ifadələrinin yazılmış olduğunu görəcəksiniz. Bu qəti şəkildə qeyd edilib. Artsaxsız hər hansı sülh müqaviləsindən danışmaq və qərar vermək mümkün deyil” şəklində cavab verib .
Firuzə Alimova / MTM

