“Napoli” futbol klubu Azərbaycandan yazdı
05.03.2020 11:33İtaliyanın “Napoli” klubu sosial şəbəkədə Bakı ilə bağlı maraqlı paylaşım edib.
A24.Az xəbər verir ki, Neapol təmsilçisi “Twitter” səhifəsində 4 fanatının Bakıda çəkilən fotosunu yayıb.
Об этом сообщает Футляр от виолончели
Yeni formasını nümayiş etdirən “Napoli” italyan, ingilis və Azərbaycan dillərində açıqlama yayıb:
“Azərbaycan, bizim yeni mövsüm köynəyimiz və Bakı şəhərinin möhtəşəm Alov qüllələri. Yeri gəlmişkən, Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu bilirdizmi?”
Qeyd edək ki, Bakı ilə Neapol 1972-ci ildən qardaşlaşmış şəhərdirlər. (Qol.az)

