NASA açıqladı: 2016-ci ildə rekord qırılıb
05.03.2020 11:34ABŞ Aviasiya və Kosmos Dairəsi olan NASA 2016-cı ilin ötən illərlə müqayisədə ən isti il olduğunu və dünya rekordunun qırıldığını açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın məlumatına görə, NASA və İngiltərə meteorologiya qurumu olan “Met Office”in verdiyi açıqlamada, 2015-ci ildə qeydə alınan göstəricilərin 2016-cı ildə 0,07 dərəcə daha çox olduğu bildirilib. Bundan başqa NASA bildirib ki, 2016-cı il istilik dərəcəsində rekordu qırılan ard-arda 3-cü il olub.
Elm adamları havadakı istilik dərəcəsindəki bu artımda El-Nino hava hadisəsinin təsirinin olduğunu da söyləyir. Lakin əsil faktor insan əli ilə karbondioksidin havaya buraxılmasıdır.
Araşdırmaçı alimlər 2016-cı ilin may ayında bu ilin istilik rekordunu qıra biləcəklərini təxmin etmişdilər. 1880-cı ildən bu yana qeydə alınan NASA-nın məlumatlarına görə, 2016-cı il dünya tarixində ən isti il olub. BBC-yə danışan NASA-nın səlahiyyətli nümayəndəsi Gavin Schmidt 2016-cı ilin ötən illəri təqribən 0,1 – 0,12 dərəcəlik göstərici ilə keçdiyini söyləyib.
Gavin Schmidt “ bu göstərici qulağa çox da yüksək gəlməyə bilər, amma il-ildən artan bu göstəricilərə baxıldığı zaman əslində bu, olduqca böyük bir dəyişiklikdir. Bu açıq şəkildə rekord göstəricidir”, -deyə qeyd edib.
Şimal qütbündə istilik 2 qat sürətlə artmaqdadır…
Dünya Meteoroloji Təşkilatının (WMO) açıqladığı hesabata görə, Şimal qütbündə və Antarktikada dəniz buzları rekord səviyyədə əriməyə başlayıb. Onların araşdırmasına görə, Şimal qütbündə istilik 2 qat sürətlə artmaqdadır. Dəniz buzlarının davamlı olaraq azalması dünyanın digər bölgələrində olan iqlimə, havaya və okeanların dövranına da təsir edir.
Aparılan araşdırmalara əsasən 2016-cı ilin ən isti il rekordunun qırılıb-qırılmadığı dəqiqləşdirilməyib.
Lakin son nəticələrə əsasən, MET nümayəndələri 2016-cı ilin “ən isti 2 ildən biri” olduğunu düşünür. 2017-ci ilin isə ən isti il rekordu qırmasına ehtimalların az olduğunu, ancaq 5 isti illər arasında yer alacağını deyir.

