Natavan Həbibi yeni sayt açır
05.03.2020 11:34Bir müddət öncə Almaniyada Novruz bayramı ilə əlaqədar olaraq konsert verən Natavan Həbibidən yeni xəbərlər var. Müğənni yeni sayt açmağa hazırlaşır.
Об этом сообщает Футляр от виолончели
Saytımıza danışan Natavan yeni saytı haqda məlumat verib: Bu yaxınlarda yeni saytımı sevənlərimə təqdim edəcəyəm. Saytda texniki işlər davam edir. Mənim bütün yeniliklərim, mahnı və fotosessiyalarım saytda yer alacaq. Məni sevənlər ən son yenilikləri bu saytdan öyrənə bilərlər. Düşünürəm ki, jurnalistləri bir araya toplayıb, mətbuat konfrasında saytımı təqdim edim.
-Niyə görə son zamanlar mediadan uzaq gəzirsiz?
-Çünki, çox əfsuslar olsun ki, bəzi jurnalistlər doğru məlumat çatdıra bilmir. Fikirlərimi elə dəyişib verirlər ki, insanlar müsahibəni oxuduqdan sonra mənim haqda düşüncələri dəyişir. Oxuyuculara da haqq verirəm, onlar jurnalistə inanıb xəbərin doğru olduğuna inanırlar. Məndə qərara gəldim ki, bir az mediadan uzaq gəzim. Təbii ki, vicdanla, tərəfsiz və olduğu kimi müsahibəni yayımlayan jurnalstlərimiz də var. Ancaq bəzi şəxslər var ki, onlar qara siyahımdadı, müsahibə vermirəm.

