NATO təlimində hədəf taxtasında Atatürk və Ərdoğanı “güllələdilər”: Türk prezidenti 40 əsgəri geri çağırdı
05.03.2020 11:34AK partiyasının konfransında partiya üzvlərinə səslənən Türkiyə prezidenti Ərdoğan bir sıra açıqlamaları ilə diqqət çəkib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasımna istinadən xəbər verir ki, konfransda Ərdoğan Norveçdə həyata keçirilən NATO hərbi təlimlərində düşmən olaraq təqdim edilən lövhədə Atatürk və onun adının yer aldığı üçün 40 türk əsgərini geri çağırdığını açıqlayıb:
“Türkiyənin İŞİD və PYD-yə qarşı keçirtdiyi əməliyyatları baltalayan ABŞ-ın həyata keçirmək istədiyi ssenarinin fərqindəyik. Müttəfiqliyə sığmayacaq hərəkətlər etmək başqa bir şeydir. Dünən Norveçdə bir hal oldu. Düşmən lövhəsi adlandırılan bir lövhə qoyublar. Burda Atatürk və mənim adım var. Hədəfdəyik. Bu xəbər gələn zaman Baş qərargah rəisi və Avropa Birliyi üzrə məsul nazirimiz Kanadaya gedirdi. Bizə zəng edib belə bir şeyin olduğunu dedilər. Bu, NATO-nun təlimləridir. Həmin təlimlərdə 4o türk əsgərimiz var, hamısını geri çağırmağa qərar verdiyimizi dedilər. Belə ittifaq ola bilməz. Zaman-zaman məlum yerlərdə bu kimi şeylər edildi. “O boyda ABŞ-a qarşı niyə belə danışırsınız?” deyənlər var. Əgər silahı güc kimi qəbul ediriksə, o zaman siyasəti buraxaq. Biz mübarizəmizi belə davam etdirəcəyik. Qalib olan Haqdır!”

