Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

NATO yeni komanda quruluşunun yaradılması işlərinə başladı

05.03.2020 11:34

NATO alyans qüvvələrinin Avropa və Atlantikada çevikliyini artırmaq məqsədi ilə yeni komanda quruluşunun yaradılması işlərinə başlayıb.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansın nazirlər görüşünün birinci gününün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, NATO hərbi məqsədlərdə Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblərin siyahısını hazırlamağa başlayıb.

Onun sözlərinə görə, alyans əməliyyatlarda istifadə etmək üçün öz ölkələrinin kibernetika imkanlarını səfərbər edəcək. Bununla yanaşı baş katib NATO-nun hərbi cavab tədbiri qismində kibernetik silah tətbiqinə başlaya biləcəyini istisna etməyib.