Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Naxçıvanda 800 növə yaxın dərman bitkisi var

05.03.2020 11:34

“Naxçıvan Muxtar Respublikasında flora biomüxtəlifliyinə daxil olan 1200-dən çox faydalı bitki, o cümlədən  750- 800 növə yaxın dərman bitkisi vardır ki, onlardan da 48 fəsilə və 105 cinsə mənsub olan 132 növü yüz illərdir müasir tibb aləmində istifadə edilən rəsmi dərman bitkisidir”.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Naxçıvan şəhərində keçirilən səyyar iclasında  “Naxçıvanın dərman bitkiləri” adlı məruzə ilə çıxış edən T.Talıbov deyib ki, Azərbaycanın ayrılmaz hissəsi olan  Naxçıvan Muxtar Respublikasında aparılmış son floristik tədqiqatlar sistemli şəkildə tədqiq edilib.

Akademik T.Talıbov qeyd edib ki, yabanı rəsmi dərman bitkiləri olan 88 növdən 30 növünün təbii ehtiyatının bol olduğu təcrübi yolla dəqiqləşdirilib. Təbii ehtiyatı bol olan 30 növün eyni zamanda ərazidəki mövcud yayılma zonaları, təbii ehtiyatı və mümkün istismar imkanları öyrənilməklə, xəritələrdə göstərilib. Yabanı rəsmi dərman bitkilərinin 11 növü nadir bitki kimi Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabına daxil edilib. Həmçinin, region florasında olan ali bitki növləri 27 faydalı bitki qrupları əmələ gətirib ki, bura da efiryağlı, dərman, flavonoidli, aşı maddəli, boyaq əhəmiyyətli, lifli, kitrəli, qlükozidli, bəzək-bağçılıq və digər faydalı xüsusiyyətli qruplar daxildir. Onların arasında müxtəlif həyat formalı, özünəməxsus yaşama mühitinə, ekoloji şəraitə uyğunlaşmış endemik və relikt bitkilər də az deyildir.
Məruzədə təbii ehtiyatı bol olan 30 növ rəsmi dərman bitkisinin biokimyəvi tərkibinin ədəbiyyat məlumatlarına əsasən əlavə edildiyi, bəzilərinin isə analizinin mövcud cihaz və avadanlıqlarla aparıldığı haqqında məlumat verilib. Qeyd olunub ki, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən alınacaq mümkün təsiredici bioloji fəal maddələr müəyyənləşdirilərək, onlardan alına biləcək müxtəlif təyinatlı dərman preparatları, məlhəmlər, biokremlər və s. haqqında məlumat müvafiq qrumlara təqdim olunub. Eləcə də, regionun yabanı rəsmi dərman bitkilərindən 8 növü Farmakopeyanın bütün nəşrlərində saxlanılmaqla, 137 ildən artıq müddətdə tibbi müalicədə istifadəsinə icazə verilib.
T. Talıbov çıxışının sonunda bildirib ki, yabanı dərman bitkilərinin kütləvi toplanılması hələ də davam edir, ona görə də onların elmi surətdə toplanılmasının təşkili və eyni zamanda mühafizəsi üçün aparılan mübarizə tədbirlərini daha da gücləndirilməklə yanaşı, Naxçıvan Muxtar Respublikasının dərman bitkilərinin “Elektron Məlumat Bazası”nın yaradılması və onun AMEA-nın veb-portalında yerləşdirilməsi vacib işlərdən biridir. Akademik artıq Naxçıvan şəhərində dərman bitkilərindən ilkin maddələrin istehsalı ilə məşğul olan müəssisənin yaradılması təşəbbüsü ilə çıxış edib, eyni zamanda Naxçıvan Muxtar Respublikasının tətbiq istiqamətli seçilmiş dərman bitkilərinin rayonlar üzrə elmi surətdə daha ətraflı öyrənilməsi və pasportlaşdırılması üçün stasionar ekspedisiyaların da davamlı aparılmasını məqsədəuyğun hesab edib.

Atif