Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazir müavini: Əlilliyin təyin edilməsi meyarları sərtləşdiriləcək – VİDEO

05.03.2020 11:34

“Azərbaycana əlillərin ümumi sayı 550 mindən çoxdur. Bu siyahıya ömürlük əlillik alanlar da daxildir. Onların ən çoxu ikinci qrup əlildir”.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bunu İTV-nin “Diqqət Mərkəzi” proqramında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.

Yol-nəqliyyat hadisələrinin sayının artmasının əlillərin sayının çoxalmasına da təsir göstərdiyini deyən nazir müavini əlilliyin hansı xəstəliklərdən yaranmasını açıqlayıb.

Onun sözlərinə görə, ölkədə ürək-damar xəstəliklərindən əlil olan vətəndaşların sayı daha çoxdur. İkinci yerdə psixonevroloji və üçüncü yerdə isə onkoloji xəstəliklər gəlir. Bundan başqa, göz xəstəlikləri və cərrahiyyə nəticəsində əlil olanların sayı da az deyil.

N.Məmmədov açıqlayıb ki, bu ilin birinci yarısınına olan məlumata görə, ölkədə ilkin əlillik 3600-ə, təkrar əlillik isə 3 minə yaxın azalıb. Onun sözlərinə görə,  bu, reabilitasiyanın, bu sahədə şəffaflığın təmin olunmasının, elektron informasiya siteminə keçidin, eləcə də  Ümümdünya Səhiyyə Təşkilatının təsnifatına uyğun olaraq aparılan işlərin nəticəsində əldə edilən nailiyyətdir.

Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan prezidentinin fərmanından irəli gələn vəzifələr və qarşıda planlar barədə söhbət açan nazir müavini deyib ki, yeni fərman bu sahədə keyfiyyətin yüksəldilməsinə, şəffaflığın təmin edilməsi, tibbi-sosial ekspertiza komissiyalarının işinin yaxşılaşdırılması və vətəndaş-məmur təmasının minimuma endirilməsinə gətirib çıxaracaq.

Yeni fərmanın imzalanmasının zərurətinə toxunan N.Məmmədov etiraf edib ki, bu sahədə neqativ hallar və nöqsanlar var idi: “Son iki il ərzində isə bu sahə ilə bağlı daxil olan ərizə-şikayətlərin sayı beş dəfədən çox azalıb. Şikayətlərin azalması isə  o deməkdir ki, bizim həkimlər bürokratik əngəllərə yol vermir və vətəndaşları yüksək səviyyədə qəbul edirlər”,- deyən N.Məmmədov ölkədə fəaliyyət göstərən 38 tibbi-sosial ekspertiza komissiyasının 32-də müasir şəraitin yaradıldığını deyib.

Nazir müavini qeyd edib ki, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanacaq. Onun sözlərinə görə, birinci qrup əlillər və istisna hal kimi ikinci və üçüncü qrup əlillərə 5 ildən az olmayaraq vaxt ərzində ömürlük əlillik təyin ediləcək. İkinci qrup 5 ildən bir 10, üçüncü qrup əlillər isə 15 ilə qədər müayinədən keçəcəklər.

N.Məmmədov həmçinin qeyd edib ki, əgər il ərzində tibbi-sosial ekspertiza komissiyalarına 175-180 minə qədər müraciət daxil olurdusa, gələcəkdə bu rəqəm 35-40 minə kimi azalacaq. Eyni zamanda vətəndaşlar internet vasitəsilə müraciət edə biləcəklər”.

N.Məmmədov əlavə edib ki, Nazirlər Kabinetinin əlilliyin müəyyən edilməsi ilə bağlı meyarları özündə əks etdirən 99 saylı qərarına dəyişikliklər edilməsi zərurəti yaranıb: “Həmin meyarlarda hansı xəstəliklərə görə əlillik dərəcələrinin təyin edilməsi qeyd olunur. Bu meyarlarda müəyyən dəyişiklikər edilməlidir. Çünki bizim səhiyyə müəssisələrimiz inkişaf edir və yeni diaqnostika mərkəzləri var. 90-cı illərdən 2000-ci ilə qədər bizdə bir çox əməliyyatlar aparılmırdı. Amma indi açıq ürək əməliyyatları, orqan transplantasiyaları aparılır. Bütün bunlar əlilliyin qarşısını alan amillərdir. Hesab edirəm ki, meyarlara dəyişiklik ediləcək və artıq nazirlik tərəfindən müəyyən işlər görülüb. Bununla bağlı Səhiyyə və Ədliyyə nazirliklərinin rəyini də almışıq və hazırda mütəxəssislərlə məsləhətləşirik ki, daha hansı meyarları əlavə etmək olar. Məsələn, indiyə kimi biz daun sindromu ilə bağlı əlillik verməyə çətinlik çəkirdik. Amma yeni meyarlarda daun sindromu, talassemiya və QİÇS xəstələrinə də əlillik verilməsi əksini tapacaq”.

Nazir müavini deyib ki, ümumiyyətlə, əlilliyin təyin edilməsi üçün hazırlanan yeni meyarlar sərtləşdirilir. Onun sözlərinə görə, yeni meyarlarda 2-ci və 3-cü qrup əlil söhbəti olmayacaq. Yəni konkret diaqnozlar olacaq. Başqa sözlə, əlillik qruplarla yox, faizlə müəyyənləşdiriləcək.

O, gələcəkdə vətəndaşların müraciətlərinin daha da sadələşdirilməsi, hətta gözdən əlillər üçün brayl əlifbası ilə müraciət etmək imkanlarının yaradılmasının zəruri olduğunu da sözlərinə əlavə edib: “Çünki 30 mindən çox gözdən əlil var. Digər tərəfdən, əlil arabaları ilə gəzən vətəndaşlar üçün də yaxşı şərait, infrastruktur yaradılmalıdır”,-deyən nazir müavini əlillərin işlə təminatı məsələsindən də danışıb.

Atif