Nazir niqab geyinərək müsəlmanlara hücum edən qadını susdurdu
05.03.2020 11:35Ədliyyə naziri Senator Corc Brandisin parlamentdə niqabla etiraz edən irqçi Pauline Hansona verdiyi cavab ayaqüstə alqışlanıb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Avstraliyada islama qarşı fikirləri ilə tanınan irqçi Vahid Millət Partiyasının sədri Pauline Hanson parlamentə niqab geyinərək gəlib. Avstraliyada niqabın qadağan olunması üçün işlərin davam edəcəyini deyən Hanson “Avstraliya xalqı adına demək istədiyim budur ki, avstraliyalıların böyük qismi niqabın qadağan olunmasını görmək istəyir” deyə bildirib.
Hansonun bu sözlərinə ilk cavab ədliyyə naziri George Brandisdən gəlib:
“Xeyir, Senator Hanson, xeyir niqabı qadağan etməyəcəyik. Avstraliyada təqribən yarım milyona yaxın müsəlman yaşayır. Onların böyük hissəsi qanunlara hörmət edən gözəl avstraliyalılardır. Onları lağa qoymaq, təkləyib küncə dirəmək, dini geyimləri ilə ələ salmaq fikrində deyilik. Sizi, etdiyiniz bu dəhşətli hərəkətinizi bir daha düşünməyə dəvət edirəm”.
Ədliyyə naziri Brandisin bu sözləri İşçi Partiyası və Yaşıllar Partiyasının senatorları tərəfindən ayaqüstə alqışlayıb.
“A24az” sözügedən hadisənin videogörüntülərini təqdim edir:

