Nazir teatr əməkdaşlarını mükafatlandırdı
05.03.2020 11:35Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev 10 – Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.
Об этом сообщает Футляр от виолончели
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlunun A24.Az-a verdiyi məlumata görə, aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.

