Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı – Ölən və yaralananlar var

05.03.2020 11:35

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.
A24.az xəbər verir ki, “Report”a istinadən məlumatına görə, “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.
Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb,  digər qadın sərnişin isə ölüb.
Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.
Faktla bağlı araşdırma aparılır.
 

Об этом сообщает Футляр от виолончели