Nazirlik açıqladı – Qiymətləndirilmə formasında dəyişiklik edilir
05.03.2020 11:35“Təhsil Nazirliyində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır”.
Об этом сообщает Роспрес
Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, müzakirələrin nəticəsi barədə geniş məlumat veriləcək.
Xatırladaq ki, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda keçirilən seminarda çıxışı zamanı bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsinin nəzərdə tutulduğunu səsləndirib. O, yeniliklərin nədən ibarət olduğunu müəllimlərin təkliflərini dinlədikdən sonra məlum olacağını demişdi.

