Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Nazirlik “Tax free”dən istifadəyə görə 20%-lik xidmət haqqı tutulmasının səbəbini AÇIQLADI: 50/50-ə işləyirik – ÖZƏL

05.03.2020 11:35

Vergilər Nazirliyi paytaxtda keçirilən “Bakı Ticarət Festivalı” zamanı “Tax free” xidmətindən istifadəyə görə 20%-lik xidmət haqqı tutulmasının səbəblərini açıqlayıb.

Об этом сообщает Руспрес

Nazirliyin Aparat rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyev A24.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli Fərmanı ilə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiq edilib:

“Qaydalara əsasən, operatorun səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur”.

Vergi xidməti müşaviri əlavə edib ki, bu xidmət haqqının 50 faizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin, 50 faizi isə vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, operator tərəfindən həyata keçirilən tədbirlərin (alıcılara təqdim edilən mallar üzrə e-VHF-nin tərtib edilməsi və ştrix-kodla çap edilməsi üçün proqram təminatının hazırlanması və işlək vəziyyətdə saxlanılması, ƏDV köşklərinin yaradılması və müvafiq avadanlıqlarla, o cümlədən kompyuterlər, printerlər, bar kodların oxunması üçün xüsusi cihazlar və s. ilə təmin edilməsi, hər gün saat 10.00-dan 22.00-a qədər onların fəaliyyətinin fasiləsiz olaraq təşkili) maliyyələşdirilməsi üçün istifadə edilir.

Aparat rəhbərinin məlumatına görə, bir daha nəzərinizə çatdırırıq ki, Qaydalar Vergilər Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilib və bu zaman mövcud olan beynəlxalq təcrübə öyrənilərək nəzərə alınıb:

“Xidmət haqqının tutulması beynəlxalq təcrübədə istifadə olunan normal bir haldır və xidmət haqqının digər mənbələrdən ödənilməsi praktikası yoxdur”.

“Müqayisə üçün bildiririk ki, ƏDV-nin qaytarılması praktikasından istifadə edilən əksər ölkələrdə (məsələn, Almaniya, Fransa, Türkiyə, İspaniya və Böyük Britaniya) xidmət haqqı daha çox, alıcıya qaytarılan ƏDV məbləği isə Azərbaycandakından daha aşağıdır”, – deyə A.Əfəndiyev əlavə edib.

Həmçinin bax: Deputatdan nazirliyin “Tax free” qaydasına ETİRAZ: “Heç bir ölkədə 20%-lik xidmət haqqı görməmişəm”

Orxan