Nazirlikdən Qurban bayramı ilə bağlı XƏBƏRDARLIQ – Ətrafı çirkləndirənlər 25 min manat cərimə ödəyəcək
05.03.2020 11:35Ekologiya və Şəhərsalma Nazirliyi qapıda qurban kəsənlərin “Alo 181” xəttinə bildirilməsini istəyib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq, Daxili İşlər Nazirliyi, həmçinin Ekologiya və Şəhərsalma Nazirliyi tərəfindən Qurban bayramında qurbanlıq heyvanların satış və kəsiminin həyata keçirildiyi yerlərdə ətraf ərazilərin çirklənməsinə səbəb ola biləcək fəaliyyətlər araşdırılacaq.
Qurbanların kəsildiyi yerlərdə YOXLAMA…
Baytarlar, polis və hüquq-mühafizə orqanları, həmçinin Ekologiya və Şəhərsalma Nazirliyi Qurban bayramında heyvanların satış və kəsiminin həyata keçirildiyi yerlərdə yolxama keçirəcək. Nazirlik xalqdan da bu mövzuda həssas olmağı, gözönündə və qapının ağzında qurban kəsib ətrafı çirkləndirənlər barəsində “Alo 181” telefon xəttinə məlumat verməsini xahiş edib.
Qurban bayramında qurbanlıq heyvanların satışı və kəsilməsi ilə əlaqədar bələdiyyələr tərəfindən təsis edilən və ya etdirilən yerlərdə həyata keçiriləcək. Qurbanlıq heyvanların tullantıların toplanması is bələdiyyə işçiləri tərəfindən həyata keçiriləcək.
Ən ağır cəza 50 min TL…
Ekologiya və Şəhərsalma Nazirliyi bələdiyyələrin təyin etdiyi və ya göstəriş verdiyi yerlərdən kənarda heyvan kəsənlərə 203 ilə 50 min 975 TL arasında pul cəzası kəsiləcəyini bildirərək xəbərdarlıq edib.
Belə ki, park, bağça, prospekt, küçə və binaların qarşısında, meydan kimi hər kəsə açıq olan yerlərdə qurbanların satışı və kəsilməsi 203 TL, tullantıları yaşayış məntəqələrində torpağa basdıran şəxslər 1267 TL, qurbanların kəsildiyi yerlərdə qalıqların zəruri qaydalara uymadan və heç bir tədbir görmədən yerə atılması 50.975 TL inzibati cəza tətbiq olunacaq.
Firuzə Alimova / A24.az

