Nə qədər ki gec deyil, Polşaya getmək sevdasından əl çəkin! – ANTİREKLAM
05.03.2020 11:35Çoxlarının səyahət etmək, işləmək ən əsası yaşamaq xülyasında olduğu “Gözəllər gözəli” Polşa…Həqiqətdə isə bu ölkədə gözəllikdən əsər-əlamət yoxdur. Bu haqda bir qədər sonra…
Об этом сообщает Роспрес
Son zamanlar Polşaya axın edənlərin sayı çoxalıb. Getməyinizə bir söz deyə bilmərik təbii ki, amma Polşa haqqında bəzi mövzularda gözünüzü açmağı özümüzə borc bilirik.
Beləliklə A24.Az sizə Polşanı bir neçə saniyədə gözünüzdən salacaq həqiqətləri təqdim edir:
Ənənəyə sadiq qalaraq, başlayaq paytaxt Varşavadan…Şəhər o qədər böyükdür ki, gəzə-gəzə bitirmək mümkün deyil. Ayaqlarınıza yazığınız gəlsin, deyirik. O ki, qaldı Varşavada gələcək qurmaq sevdasında olanlara, təəssüf ki, sizə ümidlərinizi qıracaq bir xəbərimiz var. Varşava yaşanacaq şəhər deyil. Şəhərin məşhur su pərisi heykəlinə gəlincə, polşalıların su pərisi , selfi və fotolarınızı bərbad edəcək qədər çirkindir.
Polşalıların turistlərə qürurla təqdim etdiyi Zakopane…Haqqında uydurulan əfsanələrin sayəsində hər il minlərlə turist dağ evlərini görməyə gedir. Amma nəzərə alın ki, hər an sürüşmə təhlükəsi ilə qarşı-qarşıya qala bilərsiniz. Yəni Bakıda göydələndəki evinizdə tum çırtlamaq daha zövqlüdür, inanın bizə…
Polşanın digər şəhərləri kimi qotik üslubu ilə insanın canını boğazına yığacaq şəhər Qdansk…Ümumiyyətlə Polşada qotik üslubunda memarlıq nümunələri görməkdən yorulacaqsınız. Bir də polşalıların tərifləməkdən yorulmadıqları Qdansk çimərlikləri var. Məsləhətimiz budur ki, özünüzü Xəzər sularına təslim edib,Bakı çimərliklərindən zövq alasınız.
“Göllər gözəli” Mazuriya…Polşalıların ətrafında turizm infrastrukturu yaradaraq, turistlərdən pul qoparmağa çalışdığı daha bir yer. Tək cümlə ilə şərh verə bilərik “Uzaq olun”.
Velicka Duz Mədəni… Alternativi Naxçıvan Duzdağ… Duz, duzdur nəticədə. Naxçıvana getmək daha ucuz və keyfiyyətli olacaq. Siz bir düşünün deyirik.
Polşanın ikinci böyük şəhəri Krakov…Hər il sizin kimi aldadılan 7 milyon turistin ziyarət etdiyi şəhər. Sözdə Polşanın ən önəmli mədəniyyət və incəsənət mərkəzidir. Qısacası, bu şəhər də diqqətimizi çəkmədi.
Və ən nəhayət Polşanın dinamik, insan qaynayan şəhəri Vrotslav … Yəni bu o deməkdir ki, şəhərdə iynə atsan yerə düşmür. Bu cür insan qələbəliyinə, havasızlığa, dözməyə nə ehtiyac var? Təsəvvür edin buradakı oksigenin 80 %-ni şəhər əhalisi qalanını da tursitlər udur. Bizdən demək, seçim sizindir.
Nərmin Kərim

