“Necə olur ki, Əlikram, Rəhim, Surət kimiləri bir gecənin içində hərbçiyə çevrilirlər?” – Millət vəkili SƏRT DANIŞDI
05.03.2020 11:35“Necə olur ki, rus öz silahını Lənkəranda Əlikrama, Bakıda Rəhim Qazıyevə, Gəncədə də Surətə peşkəş edir?”
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Laçın döyüşlərində iştirak etmiş jurnalistin Rəhim Qazıyevdən müsahibə almağından və sabiq müdafiə nazirin bu suallara hansı tərzdə cavab verməyindən söz açarkən deyib.
Millət vəkili əvvəlcə Laçın döyüşlərində iştirak etmiş jurnalistin Rəhim Qazıyevə verdiyi suala diqqət çəkir:
“Əlikram Hümbətov da həmin döyüşlər zamanı, hücüma keçmək əvəzinə, ixtiyarında olan Lənkəran polkuna məxsus tankları, özüyeriyən topları və digər texnikaları dərələrə tökdü. Bununla da 1992-ci ilin oktyabrın əvvəllərində Laçının alınması əməliyyatı pozuldu və digər batalyonlarımız yarım mühasirə vəziyyətinə düşdü. Yarım mühasirə vəziyyətinə düşənlərdən biri də, Laçının Güləbird kəndinin asfaltzavod deyilən ərazisində mövqe tutmuş mənim komandiri olduğum topçu batareyası idi…
Rəhim Qazıyevin suala cavabına baxın: “Əlikram Hümbətovun texnikaları dərədən tökməsi yalan söhbətdir. Çox böyük yalan! Əlikramı döyə- döyə xain etdilər. Bu tarixdi”. Döyə-döyə Əlikrama dedik ki, get “Talış-Muğan Respublikası yarat!” Döyə-döyə dedik ki, “Get Yerevanda ermənilərlə birləşib Azərbaycanı hədələ!”
“Bu gün Milli Şuranın sıralarında bəziləri gələcəyin Əlikramları, Rəhim Qazıyevləri olacaq Tale Bağırzadələrin, Mövsüm Səmədovların portretlərini Əbülfəz Elçibəin portretləri ilə yanaşı tuturlar, nifrət gözlərini o qədər örtüb ki, bizləri söyərək Rəhim Qazıyevi müdafiə etməyə də özlərində cəsarət tapırlar. Bir azdan bizə də irad bildirəcəklər ki, Rəhim Qazıyevi də döyə-döyə, söyə-söyə xain etdiniz”, – deyə F.Mustafa deyib.
Deputat xüsusi vurğulayır ki, unutmayın, kimsə döyülə-döyülə xain olmur, sadəcə rus kəşfiyyatı, İran kəşfiyyatı verbovka edərək xainə çevirir:
“Bu adamları cəbhənin içinə necə yerləşdirdiklərini addım-addım görürdük, təmizləməyə gücümüz çatmırdı. Prezident Aparatında işləyəndə təkzibedilməz sənədlərdən istifadə edərək bunları istefaya məcbur edə bildik”.
“Etiraf edim ki, bu işdə ən faydalı rolu da indi münasibətim olmayan Əli Kərimli oynadı. Necə olur ki, rus öz silahını Lənkəranda Əlikrama, Bakıda Rəhim Qazıyevə, Gəncədə də Surətə peşkəş edir? Maraqlıdır ki, üçü də hərbiyə aidiyyatı olmayan adamlar olduğu halda bir gecənin içində hərbçiyə çevrilirlər? Həbsdən qaçaraq necə olur ki, ancaq Rusiyaya sığınırlar? (Sadəcə Əlikrama bu fürsət verilmədiyinə görə meşədə yaxlandı.) Sonra da bunlar həmin silahları oradan tapşırıq gələn kimi Azərbaycan dövlətinə qarşı çevirirlər? Və nəhayət, bugünədək də bir-birini müdafiə etməkdən də çəkinmirlər. Söyləyin görək “Əlikramı döyə-döyə xainə çevirdilər” deyənin özü kim olur?”, – deyə millət vəkili əlavə edir.

